Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-12-2014, 22:30)
Putin 860 milyonluq borcu siləcək

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Özbəkistanda səfərdə olub. 

 

“Mediatv.az” AzərTac-a istinadən xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimovun Vladimir Putinlə görüşündə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, Mərkəzi Asiyada sülhün və sabitliyin qorunması, Əfqanıstanda vəziyyət müzakirə edilib.

V.Putin bildirib ki, Rusiya son beş ildə Özbəkistan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Bu gün Rusiyanın ali məktəblərində Özbəkistandan 12 min tələbə təhsil alır, Daşkənddə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Rusiyanın “LUKoyl” neft şirkəti 2039-cu ilədək Özbəkistanda həyata keçiriləcək layihələrə 5 milyard dollar həcmində sərmayə yatıracaq.

İslam Kərimov Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılması ilə bağlı narahatlığını ifadə edərək deyib ki, bu, İraqdakı vəziyyətin təkrarlanmasına səbəb olar. Artıq Əfqanıstana İraqdan və Suriyadan ayrı-ayrı qüvvələrin gəlməsi barədə şübhələr var. Bütün bunlar ciddi tədbirlər görülməsini tələb edir.

Görüşün yekununda dörd sənəd imzalanıb. Maliyyə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi ilə bağlı imzalanan sazişə görə, Rusiya Özbəkistanın 860 milyon dollardan çox borcunu siləcək.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024