Dünya (21-11-2014, 21:56)
Daxili işlər nazirini zəhərləmək istədilər
Nazir sonuncu məktubun əvvəlkilərlə heç bir əlaqəsi olmadığını söyləyib
Çex Respublikasının daxili işlər naziri Milan Çovaneçə xaricdən göndərilmiş məktub zərfində zəhər aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, ölkənin Radioaktiv, Kimyəvi və Bioloji Mühafizə üzrə Milli İnstitutun nümayəndəsi Radek Pokornik bildirib ki, şübhəli zərfə baxış zamanı üzərində həyat üçün təhlükəli miqdarda sianidəbənzər maddə aşkarlanıb.
M.Çovaneç daha əvvəl məktubun naməlum Skandinaviya ölkəsindən göndərildiyini və vaxtında zərərli təsirinin qarşısının alındığını, üç gün əvvəl göndərilən zərfdə heç bir məktubun olmadığını deyib.
Ümumiyyətlə, ölkənin Xarici İşlər Nazirliyi, hökumət və Prezident Administrasiyası da bu yaxınlarda naməlum, lakin zəhərsiz məktub alıb.
Nazir sonuncu məktubun əvvəlkilərlə heç bir əlaqəsi olmadığını söyləyib.