Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-07-2014, 21:08)
Aydın Əliyev ölkəni zərbə altına qoydu, baş nazir olaya qarışdı - 3 ton heroin qalmaqalı

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə Daxili İşlər Nazirliyini təbrik edib.
Virtualaz.org saytı xarici mətbuata istinadən xəbər verir ki, gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb.
"Çikaidzenin (daxili işlər nazirini nəzərdə tutur-red.) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib.
Xəbər verildiyi kimi, iyulun 11-də Gürcüstan DİN Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınına baxış zamanı 2 ton 790 kiloqram təmiz heroin aşkar edib. Heroin saflaşdırılıb və maye halda olub. 
O, 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Ekspertiza müəyyən edib ki, ələ keçirilmiş narkotik maddə 80 faiz saflaşdırılmış təmiz heroindən ibarətdir və bazar dəyəri yüz milyonlarla dollardır. İşlə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb.
Azərbaycan tərəfi isə 3 ton təmiz heroinin ölkə ərazisindən keçib Gürcüstana necə daxil olduğuna şərh vermir. 
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin rəhbəri Elxan Nağıyev "Turan”a bildirib ki, onlarda belə informasiya yoxdur: "Gürcüstan hüquq-mühafizə orqanları bu barədə bizə müraciət etməyib”.
MTN-in ictimaiyyətlə əlaqələr şöbəsindən isə deyiblər ki, bu məsələ barədə Gömrük Xidmətinə, Sərhəd Xidmətinə müraciət etmək lazımdır.
Öz növbəsində Gömrük Xidməti, DİN və Baş Prokurorluq da qalmaqalı şərh etməyib.
"Turan” bildirir ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti FAB-ın istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə FAB boyasının təsviri ilə böyük reklam yer alıb.

 

Ekspertlər bildirirlər ki, narkotik maddənin maye halda nəqli ilk dəfə bir neçə il əvvəl əfqan heroin istehsalçıları tərəfindən kəşf edilib. Maye halına salınan heroinə əfqanlar "Allahın göz yaşları” adını veriblər. Maye heroin narkotik maddənin müxtəlif ərzaq və texniki mallar adı altında nəqlini asanlaşdırıb.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024