Dünya (15-11-2014, 14:43)
Fidel Kastronun və Corc Buşun narkomafiya ilə əlaqələri üzə çıxdı
ABŞ, Meksika və Kuba hakimiyyəti liderlərinin Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkokartellərlə işbirliyi üzə çıxıb
Virtualaz.org xəbər verir ki, bu barədə ispan jurnalisti Xose Manuel Martin Medemin hazırda üzərində işlədiyi və kitab şəklində dərc etməyə hazırlaşdığı araşdırmasında bəhs olunur. ABŞ-da nəşr olunan “El Nuveo Herald” nəşrinin yazdığına görə jurnalist 1989-cu ildə narkoticarətdə ittiham olunaraq güllələnən yüksək rütbəli Kuba hərbçiləri faktından çıxış edərək araşdırmaya başlayıb.
Jurnalist bildirir ki, onun “Fidel Kastronun ən böyük sirri. Narkoticarətə görə güllələnmə” başlıqlı kitabı on ilə yaxındır apardığı araşdırmaların nəticəsi olaraq dərc olunacaq. Martin Medem İspaniya, Kuba, Kolumbiya və Meksikada dövlət televiziyasında və radiosunda işləyib. Bundan əvvəl o, Kolumbiya narkomafiyası haqda kitab yazıb.
Kitabda deyilir ki, 1989-cu ildə narkoticarət və vətənə xəyanətdə ittiham olunan Kuba generalı Arnaldo Oçoa və polkovnik Antonio de la Quardia güllələniblər. Jurnalist bu epizoddan ABŞ hakimiyyətinin Latın Amerikası ölkələrinin daxili işlərinə qarışmaq üçün narkomafiyadan necə istifadə etdiyini araşdırmaq üçün istifadə edib.
Medem yazır ki, kitabda ən çox maraq doğuran hissə ata Corc Buşla Kuba lideri Fidel Kastro arasında Meksika prezidenti Karlos Salinas de Qortarinin vasitəçiliyi ilə onların hər üçünün maraqlarına cavab verən anlaşmanın əldə olunmasından bəhs edir. O vaxt Kuba etiraf edib ki, Daxili İşlər Nazirliyinin yuxarıda adı çəkilən zabitləri Kolumbiyada Medelinsk narkokartli ilə danışıqlar apararaq bu ölkədən ABŞ-a narkotik maddələrin daşınmasını təşkil ediblər. Həmin vaxt Amerika rəhbərliyinin də bu narkokartellə əlaqələri olub.
“Reyqan administrasiyası narkoticarətdən dövlət siyasətində alət kimi istifadə edirdi, Mərkəzi Kəşfiyyat İdarəsinin təyyarələri isə Medelinsk narkokartelinin istehsal etdiyi kokaini o cümlədən ABŞ-a daşıyırdı” Medem yazır. Jurnalist bildirir ki, beləliklə Vaşinqton Nikaraquada Sandino hökumətinə qarşı mübarizə aparan yaraqlıları maliyyələşdirirdi. Medem yazır ki, bu əməliyyatda Meksikanın o vaxtkı prezidenti Miqel de la Madrid də iştirak edib.
Kitab müəllifinin yazdığına görə Kastro, Buş və Salinas arasında üçtərəfli razılaşmanın sirri narkokartellərlə əlaqələrin necə qurulmasından ibarət idi. Qeyd olunur ki, Buş və Salinas narkomafiyalarla əlaqələri öz sələflərindən dövr almışdılar. Jurnalist araşdırmanı aparmaq üçün həmin dövlər narkoticarətlə bağlı olan kubalılarla, Boliviya narkokartellərinin üzvləri ilə söhbətləşib, Meksika KİV-lərində narkomafiyaların hakimiyyətlərlə əlaqələrinə dair bu yaxınlarda dərc edilmiş ifşaedici məqalələrdən istifadə edib. “Kitab həmin hadisələri təkcə mənim şəxsi mövqeyim və fikirlərimlə işıqlandırmır, orada çoxlu sayda sənədlər də yer alır və oxucular bu sənədlərdən istifadə edib nəticə çıxara bilərlər” müəllif bildirir.
Keçmiş Kuba lideri Fidel Kastronun obrazı kitabda əsas yer tutur. Müəllifin bildirdiyinə görə arxivlər açılsa 1989-cu ildəki güllələnmə epizodunun təfərrüatları da üzə çıxacaq, bununla da komendantenin tarixi fəaliyyətindəki qaranlıq məqamları aydınlaşdırmaq mümkün olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024