Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-10-2014, 18:31)
"Bakı tamamilə müasir görkəm alıb" - Almaniyalı jurnalist

Almaniyalı jurnalist Madlen Brükner Bakıya səfərinin təəssüratlarını Gmx.net xəbər portalında yerləşdirilən məqaləsində bölüşərək yazır ki, Azərbaycanın paytaxtı sürətlə inkişaf edərək tamamilə müasir görkəm alıb. Şəhərdə yeni binalar tikilir, sovet dövründən qalan binalar isə rekonstruksiya olunur.

Müəllif yazır ki, indiyədək olduğu şəhərlər içərisində Bakı ən işıqlı şəhərdir. Burada çoxlu brend otellər, mağazalar var. Bakı gecələr gözəl olduğu kimi, səhər-səhər günəş Xəzər dənizi üzərindən qalxarkən də çox gözəl görünür. O, “Alov qüllələri”, “Chrystal Hall”, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililərin şəhərin gözəlliyini daha da artırdığını vurğulayır.

Almaniyalı jurnalist məqalədə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri barədə də məlumat verir. Bildirilir ki, Bakıda bununla bağlı xeyli iş görülür.


Müəllif, həmçinin Bakıdakı tarixi abidələr, İçərişəhər, Qız Qalası, “Khazar İslands” haqqında məlumat verir. İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil olduğunu qeyd edən jurnalist burada müxtəlif tarixi abidələrin, qədim sarayların, məscidlərin turistlərin marağına səbəb olduğunu vurğulayır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024