Dünya (5-11-2014, 14:46)
Poroşenko və Con Kerri telefonla danışdı
Petro Poroşenko və Con Kerri arasında telefon danışığı olub
APA-nın Ukrayna Prezident Administrasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti ölkəsinin ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsi məsələsində ABŞ-ın rolunu yüksək qiymətləndirib.
Petro Poroşenko noyabrın 2-də Donbasda keçirilən qeyri-qanuni seçkilərin tanınmaması ilə bağlı ABŞ-ın bəyanatlarının vacibliyini vurğulayıb. Ukrayna lideri münaqişənin sülh yolu ilə həll olunmasında ölkəsinin Minsk razılaşmasına sadiq olduğunu deyib: “Biz bu razılaşmalara nail olmaq üçün xeyli cəhd etmiş, zaman ayırmışıq və heç vaxt bu razılaşmalardan imtina etməmişik”.
Petro Poroşenko Donbasdakı son vəziyyətlə əlaqədar çoxtərəfli danışıqların Cenevrə formatını bərpa etməyi və xarici işlər nazirləri səviyyəsində görüş keçirməyi təklif edib.
ABŞ dövlət katibi Ukraynanın Minsk protokoluna riayət etdiyi üçün ABŞ hökuməti adından öz təşəkkürünü ifadə edib. Con Kerri oktyabrın 26-da Ukraynada keçirilən parlament seçkisi və Ukrayna-Aİ-Rusiya arasında qaz razılaşmasının əldə olunmasını yüksək qiymətləndirdiyini vurğulayıb.
Tərəflər həmçinin hərbi-texniki əməkdaşlığı və ABŞ-ın vitse-prezidenti Cozef Baydenin noyabrın 21-də Ukraynaya edəcəyi səfərin detallarını müzakirə ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024