Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-02-2021, 20:07)
Ərdoğan yeni konstitusiyanın bu tarixədək hazırlanmasını istəyir


Ərdoğan yeni konstitusiyanın bu tarixədək hazırlanmasını istəyir

“Konstitusiyalar toplumun mütləq əksəriyyətinin dəstəyini almalıdır. Bütün partiyalarımızın bu prosesdə yer almasını istərdik”.

Mediatv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında bütün partiyalara yeni konstitusiya ilə bağlı müraciət edərkən deyib.

Dövlət başçısı partiyaları bu məsələdə əməkdaşlığa dəvət edib:


“Gəlin, birlikdə təkliflərimizi il ərzində hazırlayaq və müzakirələrə başlayaq. Sonra bunu millətimizlə bölüşək”.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisini yeni və tarixi bir vəzifə gözləyir:

“İslahatın çərçivəsini təşkil edən yeni konstitusiya təkliflərimizi millətimizlə paylaşdıq. MHP-nin də təklifə müsbət yanaşması ilə Türkiyə tarixində ilk dəfə mülki bir konstitusiya hazırlama və həqiqi bir azadlıq şəraitində millətə təqdim etmə şansına sahib olub.

Bu gün beynəlxalq arenada öz iradəsini ortaya qoymuş bir Türkiyə var. Yeni konstitusiya üçün bütün şərtlər uyğundur.

Gəlin, millətimizin önünə əhatəli, geniş üfüqlər açan bir mətn qoyaq. Cümhuriyyətimizin 100-cü ilini (2023-cü il - red.) yeni mülki bir konstitusiya ilə qarşılayaq. Biz Cümhur İttifaqı olaraq çalışmalara ən münasib şəkildə töhfə verməyə hazırıq. Son qərar, əlbəttə, millətimizin olacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025