Türk ordusu İraqda PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirib.

Mediatv.az xəbər verir ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat “Pəncə Qartal-2 Hərəkatı” adlandırılıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu ünsürlər məhv edilib. Genişmiqyaslı terror planlarının qarşısı alınıb və terrorçuların bölgədə möhkəmlənməsinə imkan verilməyib.