Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-02-2021, 14:28)
Zelenskidən “Sputnik V” açıqlaması - “50 faiz vətəndaş inanmır”


Zelenskidən “Sputnik V” açıqlaması

Ukrayna Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndini tədarük etməyəcək.

Mediatv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O, bu qərarı peyvəndin effektivliyinin təsdiqlənməməsi ilə əsaslandırıb.

“Rusiya istehsalı “Sputnik V” peyvəndinin effektivliyinə dair bir sübut yoxdur”, - deyə Zelenski qeyd edib.


Bununla yanaşı Zelenski Ukraynanın fevral ayında 1 milyona qədər, yayda isə 10 milyona qədər peyvənd tədarük edəcəyini bildirib. Onun sözlərinə görə, ölkəyə dörd şirkətdən koronavirus vaksinləri tədarük olunacaq.

““Pfizer”,“Sinovac”, “AstraZeneсa” və “Novavax” şirkətləri ilə Ukraynaya peyvənd tədarükü barədə razılığa gəlmişik. Vaksinasiyanın birinci mərhələsi bu ay başlayacaq. İlkin mərhələdə həkimlər, hərbçilər və milli qvardiya əməkdaşları peyvənd olunacaq”,- deyə Zelenski əlavə edib.

Eyni zamanda, Prezident ölkəyə peyvənd tədarükü məsələsini artıq həll edərək Ukraynanın yeni bir problemlə - peyvəndlərə inamsızlıqla üzləşdiyini qeyd edib.

“Bu, hamımızın həll etməli olduğumuz yeni, lakin çox ciddi bir məsələdir. Mən əksər dünya liderləri kimi şəxsən peyvəndlənmənin vacib, təhlükəsiz və lazımlı olduğunu göstərməyə hazıram. Hər kəsə peyvəndlənmək imkanı verməliyik, ancaq insanların 50 faizi peyvəndlərə inanmır”,- deyə Zelenski qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025