Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-02-2021, 16:30)
“Moskva və Brüssel postsovet məkanında dövlətlərin daxili işlərinə qarışmamaq barədə razılığa gəlməlidir” - Lavrov

 “Rusiya və Avropa İttifaqı (Aİ) dialoq üçün kanalların dəstəklənməsində və genişlənməsinə maraqlıdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Hər iki tərəf dialoq kanallarının genişlənməsində maraqlıdır, o cümlədən mövqelərimizin üst-üstə düşmədiyi məsələlərdə... Ümid edirik ki, Aİ-nin mart ayında keçiriləcək sammitində Brüssellə Moskva arasında konstruktiv əməkdaşlığın xeyrinə seçim ediləcək”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı qeyd edib ki, Moskva və Brüssel heç nədən asılı olmayaraq siyasi dialoqun davam etdirilməsini istəyir: “Biz siyasi dialoqu davam etdirmək arzusundayıq. Bugünkü danışıqlarda bir sıra perspektivli istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə etdik. Rusiya və Aİ pandemiya dövründə dezinformasiyalar haqqında qarşılıqlı narahatlığın müzakirə olunmasına imkan verən kanalın yaradılması barədə razılaşmalıdırlar. Avropa İttifaqında bir sıra qüvvələr pandemiya mövzusundan istifadə edərək Rusiyanı dezinformasiyada ittiham edirlər. Əgər biz həqiqətən bu informasiya müharibəsinin qarşısını almaq istəyiriksə, onda Aİ ilə peşəkar səviyyədə bu dezinformasiyaların qarşısını almaq üçün daha bir kanalın yaradılması barədə razılaşmalıyıq”.

Rusiyalı nazirin sözlərinə görə, Moskva və Brüssel postsovet məkanında suveren dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan prinsiplər barədə razılığa gəlməlidirlər: “Düşünürəm ki, istər postsovet məkanında, istər Qərbi Balkanlarda, istərsə də başqa bir yerdə suveren dövlətlərin daxili işlərinə qarışmamaq barədə öhdəlikləri özündə birləşdirən prinsiplər barədə razılığa gəlmək lazımdır”.

S. Lavrov İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından da danışıb: “Biz Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində işimizi davam etdirəcəyik. İndi kritik an gəlir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025