Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-02-2021, 18:30)
Avropada erməni lobbisinin oyuncağı olmayan bu ölkə... – Şərh

 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək verən ölkələrdən biri də İtaliya olub. Fransa, Belçika, Lüksemburq, Niderland kimi ölkələrin əksinə, İtaliya rəsmi Bakının haqq işində ona dəstək verən, müharibənin hansı səbəbdən başladığını bilən, buna görə də daha düzgün qiymətləndirən ölkələrdən idi.
Bu sözləri "Mediatv.az"-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İtaliya-Azərbaycan strateji tərəfdaşlığı haqda danışarkən deyib.
Politoloq qeyd edib ki, İtaliya-Azərbaycan münasibətləri köklü bir tarixə malikdir:
“İki ölkə xalqları arasındakı münasibətlər 14-cü əsrə gedib çıxır. Ağqoyunlular və Səfəvilər ilə İtaliya arasında sıx münasibətlər olub. Qeyd etdiyim dövlətlər həm ticari, həm hərbi, həm də siyasi baxımdan daim italyan şəhər-dövlətləri ilə əlaqədə olub.
Sevindirici haldır ki, köklü tarixə malik İtaliya-Azərbaycan münasibətləri bu gün özünün qızıl dövrünü yaşayır. Xüsusilə İtaliya 44 günlük müharibə zamanı Avropada ölkəmizə dəstək verən nadir ölkələrdəndir. Fransa, Hollandiyadan fərqli olaraq bu ölkə və onun siyasi elitası erməni lobbisinin əlində oyuncağa çevrilməyib, əksinə, ölkə maraqlarını ən düzgün şəkildə qiymətləndirir.
Bu gün İtaliya Azərbaycan arasında çox ciddi iqtisadi əlaqələr mövcuddur. Xüsusilə də rəsmi Bakının son illərdə gerçəkləşdirdiyi enerji layihələrində İtaliya etibarlı tərəfdaş kimi çıxış edir. TANAP layihəsinin davamı olaraq TAP-ın ərsəyə gəlməsində bəlkə də ən maraqlı ölkə İtaliyadır. Çünki Azərbaycan neft və qazı TAP vasitəsi ilə Yunanıstan üzərindən Albaniyanın Tirol limanı, oradan isə İtaliyaya nəql ediləcək. Bundan başqa İtaliya Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının yenidən bərpası prosesində iştirak etmək istəyən, hətta ölkəmizə investisiya qoymaqda maraqlı olan ölkələrdəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bir daha bu məsələləri qeyd etdi”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025