Dünya (25-10-2014, 20:29)
Moskvada yeni reydlər başladı
Moskvada 7 min miqrant saxlanılıb.
Anspress-in TACC-a istinadən məlumatına görə, paytaxt polisləri son sutka ərzində təxminən 7 minə qədər miqrantı saxlayaraq polis bölmələrinə gətiriblər. Bu cür kütləvi reydlərin məqsədi xarici vətəndaşların Rusiyada qanuni qalıb-qalmadıqlarını yoxlamaqdır.
“Rusiya DİN-nin rəhbərliyi altında Moskva şəhər hökumətinin, FMX RF, FB RF və xüsusi xidmətlərin dəstəyilə bu ilin 26 oktyabr- 2 noyabr tarixində kompleks şəkildə “Miqrant-2014” adlı operativ-profilaktik əməliyyatlar keçirilir. Ötən sutka ərzində paytaxtın polis əməkdaşları tərəfindən Moskva ərazisində 6 min 830 xarici vətəndaş saxlanılıb”, - deyə Rusiya DİN-in mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, saxlanılanların əvvəllər törədilmiş cinayətlərdə iştirak edib-etmədiyi də yoxlanılacaq. Rusiya Federasiyasına giriş qaydalarını və qalma rejimini pozduğuna görə 535 vətəndaşa qarşı administrativ protokollar tərtib olunub. Bundan əlavə, paytaxt ərazisində qanunsuz yaşadığına görə 23 xarici vətəndaşa qarşı cinayət işi açılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024