Dünya (23-10-2014, 20:19)
İranda minlərlə qadın küçələrə töküldü
Fars xəbər agentliyinin xəbərinə görə, İranın İsfahan şəhərində iki mindən artıq qadın küçələrə çıxaraq qadınların üzünə “kislota” atanlara etiraz etdi. Ədliyyə binasının qarşısında toplaşan qadınlar radikal qrupların cəzalandırılmasını tələb edib. Onlar şəhərin baş ruhanisi və prokurorun istefasını da tələb ediblər.
Yerli mənbənin məlumatına görə, son 3 həftədə motosikletli cinayətkar qruplar səkkiz qadının üzünə “kislota” atıblar. Qadınlar bəziləri görmə qabiliyyətlərini itiriblər. Digərlərinin üzündə ciddi yanıq izləri qalıb.
İsfahandakı etiraz mitinqinin bir səbəbi də 19 oktyabrda parlamentin qəbul etdiyi qanundur. Qanun İran cəmiyyətində islam qaydalarının pozulduğunu görən hər şəxsə bu düzəltmək səlahiyyəti verir.
İslahatçı mövqeyi ilə tanınan prezident Ruhani bu qanunun sərt tənqid etmişdi. O, qanunun radikallara daha da güc verəcəyini bildirmişdi.