Dünya (12-10-2014, 13:08)
15 yaşlı qız darıxdığı üçün dükanı yandırdı
O, boş qutunun bir kənarını yandırıb ki, müdiriyyətin başı bu xırda yanğına qarışsın və onu evə buraxsın
Böyük Britaniyada 15 yaşlı məktəbli qız təcrübə keçdiyi dükanda yandırıb. ANS PRESS-in məlumatına görə, o, bunu darıxıdığı və evə getmək istədiyi üçün edib. Hadisə baş verən zaman dükanda çoxlu alıcı olub.
Yeniyetmə qıza malları rəflərə düzməyi tapşırıblar. Lakin qız bu işdən tez bezdi. Bu zaman o, boş qutunun bir kənarını yandırıb ki, müdiriyyətin başı bu xırda yanğına qarışsın və onu evə buraxsın. Amma qutu qəfil alışmağa başlayıb və yanğın bütün dükana yayılıb.
Xəsarət alan olmasa da, dükanın sahibinə külli miqdarda ziyan dəyib. Yanğını söndürmək üçün beş yanğınsöndürən maşın lazım olub. Gənc cinayətkar məhkəmədə peşman olduğunu, kimsəyə zərər vermək istəmədiyini desə də, dükana 1 milyon funt sterlinq (təxminən 1 milyon 260 min manat) məbləğində zərər dəyib.
Yeniyetmə qız girov müqabilində azadlığa buraxılıb. O, söz verib ki, dükanlara yalnız valideynləri ilə gedəcək. Yandırdığı dükana isə 100 metrdən çox yaxın gəlməyəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024