Dünya (3-10-2014, 21:15)
Suriya erməniləri Dağlıq Qarabağa yerləşdirilib
Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi təsdiq olunub.
“Mediatv.az” anspress-ə istinadən xəbər verir ki, Qondarma Dağlıq Qarabağ respublikasının baş naziri Ara Arutunyan bildirib ki, Qarabağda 200 Suriya ermənisi (təqribən 30-35 ailə) yaşayır.
Onun sözlərinə görə, Suriya erməniləri Qarabağın qərb hissəsində məskunlaşıblar:
“Həmin ərazidə boş torpaq sahələri çoxdur. Onlar yaşadıqları ərazidə buğda yetişdirirlər, çünki Suriyada da elə bu işlə məşğul olublar, Biz şadıq ki, onlar bu yolla ailələrini dolandıra bilirlər. Deməliyəm ki, onlar çox yaxşı işçidirlər”.
O, əlavə edib ki, Suriya ermənilərinin mənzil və məişət şəraiti təmin edilib.
Qeyd edək ki, Suriyada yaşanan qanlı müharibələr fonunda bu ölkədə yaşayan minlərlə erməni ailəsinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıldığı bildirilirdi. Ermənistan tərəfi bu məlumatları təkzib etməyə çalışırdı.