Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-09-2014, 20:03)
Azərbaycan ya Rusiya və İranı ya da Qərbi seçməlidir

Bu gün ABŞ-ın Xarici Əlaqələr Şurası (Council of Foreign Relations) tərəfindən dərc edilən “Foreign Affairs” jurnalı Qarabağ məsələsi və Qafqaz üzrə tanınmış ekspert, Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın xarici siyasət seçiminə dair məqaləsini dərc edib

 

“Azərbaycan Qərbyönümlü olmaq istəmir. Bakının Böyük Strategiyası haqda ritorika və reallıqlar” başlıqlı məqalədə Tomas de Vall yazır:
“Ukrayna böhranı digər postsovet ölkələrini də amansız xarici siyasət seçimi qarşısında qoydu".
“Foreign Affairs” jurnalında bu günlərdə dərc edilmiş məqaləsində London Universitet Kollecinin professoru Ceyms Yan şübhəli əsaslara dayanan təxribatçı arqument irəli sürüb.  Yan iddia edir ki, Azərbaycan seçim qarşısında qalıb.
“Ya Qərbdən dəstək almaq üçün liberal islahatalar aparmalı, eyni zamanda Rusiya və İranla oynamalı, ya da riskə gedərək tamamilə Qərbi seçməlidir” - deyə o yazıb.
Müəllifin fikrincə, bu analiz ondan irəli gəlir ki, Bakı həqiqətən Qərbin liberal ideyalarına sadiqdir. Həqiqət isə tamam ayrıdır: Azərbaycan enerji sərvətlərindən istifadə edərək möhkəmlənib və indi özünü o qədər güclü hiss edir ki, üçüncü yolu seçir. O, Rusiyanın avtoritar modelini qəbul edir, eynu zamanda özünü Qərbin energetika və təhlükəsizlik məsələlərində “strateji tərəfdaşı” kimi təqdim edir. Stavka onadır ki, Rusiya və Qərb arasında seçim etmək məcburiyyəti qalmasın, Azərbaycan hər iki yolu istifadə edə bilsin. Ölkə elitası ümid edir ki, Birləşmiş Ştatlar və Avropa ilə tranzaksion münasibətlər onlara öz sərvətlərini artırmağa, eyni zamanda Azərbaycandakı oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacaq”.
Tomas de Vall hesab edir ki, bu plan hazırda sınaq dövründədir.
“Qərb liderləri buna daha çox diqqət yetirməli və özlərinə sual verməlidir ki, Azərbaycanın yeritdiyi indiki sərt xətt onun özü və ətrafı üçün nə deməkdir” - deyə ekspert vurğulayır.

 

“Foreign Policy” məqalənin ancaq bu hissəsini saytında yerləşdirib, qalan hissəsi isə abunəçilər üçün açıqdır.(virtualaz.org)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024