Dünya / Slayd (10-08-2020, 08:24)
MİNSKDƏ ETİRAZLAR BAŞLADI: yaralılar var
Belarusda 12 saat davam edən prezident seçkisində səsvermə Bakı vaxtilə saat 21-də başa şatıb. Belarus seçki qanunvericiliyində seçkidə “exit-poll” qadağandır, o səbəbdən ilkin nəticələr üçün ancaq rəsmi məlumatları gözləmək lazım gələcək.
Seçki bitdikdən dərhal sonra gözlər müxalifət düşərgəsinə və hakimiyyətə dikilib. İnternetin gün ərzində “ölə-ölə” işləməsi xüsusilə jurnalistləri çətin vəziyyətə salıb. Bir çox telekanallar efirə canlı qoşula bilməyib, yalnız telefonla xəbərləri ötürə biliblər. Gün ərzində YouTube işləməyib, seçki bitdikdən sonra internetin ümumiyyətlə kəsilməsi xəbərləri gəlməkdədir.
Seçki məntəqələri bağlanan kimi ən müxtəlif şayiələr yayılmağa başlayıb. Bunlar sırasında Lukaşenkonun ailəsinin ölkəni tərk etməsindən tutmuş ölkənin əsas şəhərlərinə ordu yeridilməsi xəbərləri var. Bildirilir ki, güc strukturlarlı xalqın hər hansı bir etiraza qalxacağı təqdirdə hərəkətə keçmək əmri gözləyir. Məlumdur ki, ötən gecə Minskə qoşun bölmələri gətirilib və bunlarla bağlı hökumət heç bir məlumat yaymayıb. Həbslərlə bağlı da xəbərlər xeyli intensivləşib.
Məlumdur ki, Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri də daxil olmaqla dünəndən həbsdədirlər. Bildirilir ki, Svetlana Tixanovskaya həbsdə olan bankir Viktor Babarikonun seçki qərargahındadır, amma jurnalistlərlə heç bir təması yoxdur.
Səsvermə başa çatdıqdan sonra Belarus Daxili Qoşunlarının xüsusi texnikaları və yük maşınları ölkə prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahının binasını əhatəyə alıb. Bu barədə RBC məlumat verib. Bildirilir ki, təhlükəsizlik qüvvələri iqamətgah yerləşdiyi ətraf küçələrin hamısını bağlayıblar.Bundan əlavə, Daxili Qoşunlar Baş Poçt İdarəsinin yaxınlığındakı piyada yolunu da bağlayıblar.
Minskin mərkəzindəki Maşerova və Pobediteley prospektlərinin kəsişməsində etirazçılarla çevik qüvvət polisləri arasında toqquşma başlayıb.
Telegram kanalının məlıumatına görə, 300-dək gənc OMON-la toqquşub. Onlar "Polis xalqın yanındadır" qışqırırlar.
"Sputnik Belarus" polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini, yaralananların olduğunu yazıb.
Minskdə Pobediteley prospektində və "Minsk - Qəhrəman Şəhər" stellasının yaxınlığında ciddi qarşıdurmalar başlayıb. Oraya bir neçə min etirazçı toplaşıb. Bir asayiş keşikçisinin başı yarılıb. İnsanlara qarşı hökumət qüvvələri səs bombalarından istifadə edir.

Bundan əlavə, insanlar “Yubileynaya” hotelinin yaxınlığında və İdman Sarayının yaxınlığındakı ərazilərə toplaşıblar.
Nexta Live xəbər verir ki, çox sayda etirazçı kütləsi Kalvariyskaya küçəsi boyunca “Qəhrəman Şəhər” stellasına tərəf irəliləyir.
Digər şəhərlərdən də qarşıdurma xəbərləri gəlir. Brestdə də xeyli insanların küçələrə çıxdığı deyilir.
Bir neçə dəqiqə əvvəl mətbuat konfransı keçirən Belarus prezidentliyinə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya seçkilərdə qalib gəldiyini açıqlayıb.
O, seçki məntəqəsinə gedən belarusların əksəriyyətinin onun lehinə səs verdiyinə əminliyini bildirib.

Tixanovskayanın qərargahı dinc nümayişçilərə qarşı güc tətbiqini hakimiyyətin səhvi hesab edir.
