Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-09-2014, 23:42)
Səddam Hüseynin nəvəsi amerikan “kommandos”lara qarşı vuruşdu

 

ABŞ-ın və dünyanın ən nüfuzlu qəzetlərindən biri The New York Times "21-ci əsrin ən cəsur və qorxmaz oğlanı"nı seçib. Həmin oğlan İraqda yaşayan Mustafa Səddam Hüseyndir. 

 

“Mediatv.az” milli.az-a istinadən xəbər verir ki, İraqın mərhum prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi şeyx Nəffaf Zeydanın malikanəsinə amerikalı “kommandos”ların hücumu zamanı onlara qarşı vuruşub.

Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Udey və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.

Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə, onlar evə girəndə Mustafa Hüseyn "qonaq"ları atəşlə qarşılayıb.

400 amerikalı "kommandos" evi mühasirəyə almışdılar. Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb.

Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı "kommandos"ların döyüşü 6 saat davam edib.

Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.

New York Times-ın reportyoru Robert Eysk yazır: "Əgər bizdə belə bir oğlan olsaydı, ona hər şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq və o, böyüyən nəslə örnək olardı".

Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı yazılar, şərhlər dərc ediblər. AsiaTimes isə "Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı" yazıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024