BMT Təhlükəsizlik Şurası bu gün Bakı vaxtı ilə 19.00-da Suriyanın Hələb şəhərindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Mediatv.az xəbər verir ki, BMT TŞ-nin iclası Böyük Britaniya, Fransa və ABŞ-ın təşəbbüsü ilə çağırılıb.
“Frans Press”-in məlumatına görə, BMT TŞ-nin təcili iclası Hələbdəki hərbi əməliyyatla əlaqədar çağırılır. Qeyd edək ki, bundan əvvəl Suriya ordusunun komandanlığı İŞİD-in nəzarətində olan Hələb şəhərinin azadetmə əməliyyatına başlandığını elan edib.