Dünya (23-08-2016, 14:16)
Türkiyə Rusiyaya 5 milyard dollar ödəyəcək - "Su-24-ə görə"
Türkiyənin sabiq prezidenti Abdulla Gülün müşaviri, “Yeniçağ” nəşrinin redaktoru Əhməd Dakan yeni məqaləsində təyyarənin vurulmasından sonra Türkiyə - Rusiya münasibətlərinin normallaşmasının bəzi detallarını açıqlayıb.
Mediatv.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya ilə barışıq prosesi gizli şəkildə həyata keçirilib: “Mən diplomatlardan Türkiyənin Rusiyaya nə qədər vəsait ödəməli olduğundan eşidəndə qulaqlarıma inanmadım. Vurulan Rusiya təyyarəsinə görə 5 milyard dollar həcmində kompensasiya ödəniləcək”.
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu.