Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (24-11-2015, 18:13)
Putin: "Bunun faciəvi nəticəsi olacaq"

 

 

Rusiya prezidenti Vladimir Putin Suriyada “Su-24” tipli təyyarənin vurulmasına münasibət bildirib.
Mediatv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Türkiyənin bu addımının “kürəkdən vurulan zərbə” olduğunu deyib. Putinin sözlərinə görə, Rusiya təyyarəsi Türkiyənin “F-16” qırıcısının “hava-hava” raketi ilə vurulub: “Su-24 tipli təyyarənin vurulması terrorizmlə mübarizə prinsiplərinə sığmır. Bu terrorçuların köməkçilərinin Rusiyanın kürəyinə vurduğu zərbədir”, - deyə Putin qeyd edib. 

Prezidentin sözlərinə görə, təyyarə Türkiyəni hədələməyib və bu ölkə sərhədlərindən bir kilometr aralıda olub: `Bugünkü cinayətlərin törədilməsinə əsla dözən deyilik. Rusiya həmişə Türkiyəyə qonşu dövlətlə yanaşı, dost ölkə kimi yanaşıb. Bunun kimə gərək olduğunu bilmirəm. Hər halda bizə gərək deyildi`.

O, əlavə edib ki, Su-24-ün Türkiyə tərəfindən vurulması Moskva və Ankara arasındakı münasibətlərə çox ciddi təsir edəcək.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024