Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-03-2016, 12:09)
ABŞ kəşfiyyatından Türkiyəyə terror xəbərdarlığı

684fd1170721bdeaaa9668780034f5b2

 

ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinə göndərilən informasiyalarda martın 20-də daha bir terror hücumunun olacağı ilə bağlı xəbərdarlıq edilib.
Mediatv.az xəbər verir ki, bu haqda “Habertürk” məlumat yayıb.
Məlumata görə, həmin xəbərdarlıqda amerikalı sərmayəçilər və ailələrinin terrorun hədəfi olacaq dövlət və hökumət binaları olan yerlərdən, ictimai binalardan, hərbi hissələrin olduğu ərazilərdən uzaqda durmaları məsləhət görülüb.
Həmin xəbərdarlıqda diplomatik missiyaların yerləşdiyi yerlərin, meydan, ibadət və turistik bölgələrin də təhülkəli olduğu vurğulanıb.
“Novruz həftəsonuna təsadüf edir. Ona görə də xoşagəlməz hadisələr ola bilər. Bu həftə üçün nəzərdə tutduğunuz səyahətlərinizin tarixini dəyişdirin. Ailəniz və yaxınlarınızı vəziyyətdən xəbərdar edin”, – xəbərdarlıqda bildirilib.
ABŞ-ın Türkiyədəki səfirliyi Ankarada “Kızılay” meydanında törədilən terrordan iki gün öncə hadisənin baş verəcəyi haqda xəbərdarlıq edibmiş.
Qeyd edək ki, Ankarada martın 13-də törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024