İndoneziyanın paytaxtı Cakartada törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
Mediatv.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
"Hücumun hədəfində xarici ölkə vətəndaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları olub", - terrorçular bildirib.
Qeyd edək ki, yanvarın 14-də səhər saatlarında Cakartanın 6 müxtəlif hissəində törədilən partlayışlar nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.