Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-03-2016, 23:14)
Ankarada dəhşətli terror: 27 nəfər ölüb, 75 nəfər yaralanıb – FOTOLAR

132835_src

Türkiyənin paytaxtı Ankarada baş verən terror aktında 27 nəfər ölüb,75 nəfər yaralanıb.

Mediatv.az-ın  məlumatına görə, bu barədə Ankara valiliyi məlumat yayıb.

Telekanallar xəbər verir ki, partlayışın bomba yüklü maşınla törədildiyi ehtimal edilir.
Partlayışın törədildiyi yer insanların olduqca sıx cəmləşdiyi, avtomobil tıxaclarının olduğu ərazidir. Bir qayda olaraq axşam saatlarında Kızıl Ay meydanının avtobus dayancağına yaxın ərazisində hər axşam işdən çıxıb evlərinə getmək üçün avtobus gözləyən minlərlə adam olur. Bu baxımdan terror aktı nəticəsində ölənlərin sayının çox olduğu şübhəsizdir. Hadisə yerindən yaralıları və cəsədləri daşımaq üçün yüzlərlə təcili tibbi yardım avtomobilləri göndərilib. Polis hadisə yerini təxminən 1 kilometr radiusda mühasirəyə alıb və jurnalistlər ərazidən kənarlaşdırılıb.
Virtualaz.org qeyd edir ki, Bakı vaxtı ilə saat 21.35-dən etibarən jurnalistlərin hadisə yerindən yayımına qadağa qoyulub və terror aktı barədə ancaq rəsmi məlumatlar yayılacaq.
Xəbərlərə görə Ankarada növbəti terror aktının planlaşdırıldığı haqda hələ bir neçə gün əvvəl kəşfiyyat məlumatları olub. ABŞ-ın Türkiyədəki səfirliyi öz saytından xəbərdarlıq yayaraq bildirib ki, Ankaranın mərkəzində, hökumət binalarının yerləşdiyi ərazidə bomba yüklü avtomobillə terror aktının törədilməsi təhlükəsi var və Amerika vətəndaşları həmin ərazidən uzaq durmalıdır.
Xatırladaq ki, Anakarada bundan əvvəl törədilən terror aktınan heç bir ay da keçməyib. Fevralın 17-də paytaxtın mərkəzində, silahlı qüvvələrin Baş qərargahının binası yaxınlığında törədilən dəhşətli terror aktı nəticəsində onlarla zabit və mülki şəxs həlak olmuşdu. Həmin terror aktına görə prezident Ərdoğan Bakıya fevralın 18-nə təyin olunuş səfərini təxirə saldı. Və dünən elan edilmişdi ki, Ərdoğan təxirə salınmış həmin səfərini martın 15-də həyata keçirəcək. Lakin daha bir dəhşətli terror aktı Ərdoğanın xarici səfər proqramlarına bu dəfə dəyişiklik edilməsinə səbəb ola bilər.

********

04Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib. APA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.
İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.

Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.

Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

01020304

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024