Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (17-01-2016, 10:22)
ABŞ və Avropa İran üzərindən sanksiyaları götürdü; Dünya yeni dönəmə girdi

 

 

Avropa İttifaqı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

Mediatv.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Vyanada keçirilən birgə mətbuat konfransında bildirib.

“Bu gün İranın nüvə proqramı ilə əlaqədar multilateral və milli iqtisadi və maliyyə sanksiyaları ləğv olunur”. 

Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Aİ ərazisindəki hava limanlarına reyslər həyata keçirilməyə icazə verilib.

Avropa İttifaqı ilə yanaşı ABŞ da İran üzərindən sanksiyaları götürüb. ABŞ prezidenti Barak Obama bununla bağlı müvafiq fərman imzalayıb. Sanksiyaların aradan qaldırılmasından sonra ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb.

Ölkə üzərindən sanksiyaların aradan qaldırılması İranda bayram kimi qeyd edilir. Bu münasibətlə ölkə prezidenti Həsən Ruhani xalqı təbrik edib: “Mən bu uğura görə Allaha minnətdaram və İran xalqının əzəməti və səbri qarşında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!”.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub. Bu hesabatdan sonra İran üzərindən sanksiyalar götürülüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024