Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-12-2015, 09:50)
İran üzərindən sanksiyalar artıq bu yanvarda qaldırıla bilər

İran üzərindən sanksiyalar artıq bu yanvarda qaldırıla bilər

 

 

Qlobal nüvə gözətçisi – Beynəlxalq Atom Energetikası Agentliyi (BATENA) İranın nüvə silahı hazırladığı barədə şübhələrin 12 illik araşdırmasını başa çatdırıb.
Mediatv.az xəbər verir ki, siyasətçilər bildirirlər ki, bu addım İran üzərindəki BMT, Avropa İttifaqı və ABŞ sanksiyalrının qaldırılmasına yol açır.
BATENA bildirib ki, onun təhqiqatlarına görə, İran nüvə silahı istehsalı ilə bağlı fəaliyyətlərini 2003-cü ilədək davam etdirib. Nüvə silahı ilə əlaqədar olan daha kiçik müəyyən tədqiqatlar isə 2009-cu ilədək həyata keçirilib. Agentlik bildirib ki, o vaxtdan bəri İranın hər hansı bir şəkildə nüvə silahı ilə məşğul olduğunu göstərən heç bir dəlil yoxdur.
İyul ayında İranla dünyanın 6 gücü arasında əldə olunmuş nüvə sazişinə görə, Tehranın üzərindən sanksiyaların qaldırılması üçün BMT-nin məhz bu təhqiqatının başa çatması şərt idi.
İranın xarici işlər naziri Javad Zarif bəyan edib ki, BATENA-nın bu qərarı onun bundan əvvəlki 12 qətnaməsini ləğv etmiş olur. Həmin qətnamələrdə İranın nüvə silahı hazırlamağa cəhd göstərməsindən şübhələr ifadə olunurdu.
Ekspertlər bildirirlər ki, BMT agentliyinin bu qərarının ardınca Tehranın üzərindəki beynəlxalq sanksiyalar artıq gələn ilin yanvar ayında ləğv edilə bilər.
Bununla belə, agentlik bildirib ki, İrana dair şübhələrin üstündən xətt çəkən bu qərar gələcəkdə yarana biləcək şübhələrin araşdırılmayacağı demək deyildir.
Atom Energetikası Agentliyinin rəhbəri Yukiya Amano deyib ki, İran öz nüvə fəaliyyətinin beynəlxalq müfəttişlər tərəfindən yoxlanması üçün lazımi tədbirləri sürətlə həyata keçirib.
İranın BATENA-dakı nümayəndəsi Reza Najafi, ümid etdiyini bildirib ki, Tehranın nüvə fəaliyyətinə dair qərarın təsdiqlənməsi qarşısındakı müəyyən maneələr iki həftə ərzində aradan qaldırılacaq.
Bu arada İranın sanksiya ümidlərinə kölgə sala biləcək başqa bir hadisə baş verib.
BMT Təhlükəsizlik Şurasının ekspertlər palatası bildirib ki, ötən oktyabrda İranın Emad raketini sınaqdan çıxarması BMT qətnaməsinə zidd addım sayılmalıdır, beləki bu raketlər nüvə başlığını daşımağa qabil hesab olunur.
İyul ayında əldə olunmuş sazişdə də belə bir müddəa vardır ki, İran ballistik raketlərin sınaqdan keçirilməsindən çəkinməlidir.
Tehran isə israr edir ki, raket sınağı İranın öhdəliklərini pozmayıb ("Azadlıq" radiosu).
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024