Dünya (13-11-2015, 19:16)
Kim Çen In ölkəni şəxsi tualeti ilə gəzirmiş
Şimali Koreya lideri Kim Çen In bütün ölkə boyu öz personal tualeti ilə hərəkət edirmiş.
Mediatv.az “Daily NK”-a istinadən xəbər verir ki, bu tualet həmişə lideri hərbi baza və dövlət zavodlara gedərkən müşayiət edən kortejdəki avtomobillərdən birində olur.
“Tualetlər Kim Çen Inın şəxsi nəqliyyat vasitəsilə yanaşı, onun dağlıq ərazilərə səfəri üçün nəzərdə tutulan xüsusi avtomobildə də var. Bir qayda olaraq konvoyda bir neçə avtomobil var və ona görə də insanlar onlardan hansında tualetin olmasını dəqiq deyə bilməzlər”, - deyə Şimali Koreya liderini müşayiət edən şəxslərə yaxın olan mənbə bildirib.
Kim Çen İn-ə yaxın digər anonim mənbə yayılan məlumatı təsdiqləyib: “O, bütün ölkə ərazisinə səyahət etməlidir. Ona görə də onun şəxsi tualeti olmalıdır. Şimali Koreya cəmiyyətində səyahət zamanı liderin ictimai tualetdən istifadə etməsi qəbul edilməzdir”.