Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-02-2015, 22:17)
ABŞ belə təhdid edilməmişdi

Şimali Koreya ABŞ kimi "qanqster"lə bir araya gəlməyəcəyini bəyan etməklə yanaşı Vaşinqtonu müharibə ilə təhdid edib. 


ANS PRESS-in məlumatına görə, Şimali Koreya Müdafiə Komissiyası tərəfindən verilən açıqlamada ABŞ-ı ittiham edib: "İmperialist ABŞ kimi qanqsterlərin Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strategiyası müharibə çıxaracaq səviyyəyə gəlib. Şimali Koreya ordusunun və xalqının buna cavabı ABŞ-a ən acı fəlakətləri yaşatmaq olacaq. ABŞ ərazisində görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir". 

Şimali Koreya lideri Kim Çen İnın istəyi ilə verildiyi ehtimal olunan açıqlamada ABŞ-ın Cənubi Koreya ilə ortaq hərbi təlimlərinin Koreya yarımadasını müharibəyə sürüklədiyi bildirilib. Və açıq mətnlə qeyd olunub ki, Şimali Koreya ideologiyasını yox etməyə və hakimiyyəti devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacları, nə də istəkləri var. 

İki ölkə arasındakı onsuz da pis olan əlaqələr ABŞ-ın keçən ay "Soni" şirkətinə edilən kiber hücumlara görə Şimali Koreyanı günahlandırmasından sonra daha da gərginləşib. Həmçinin 
ABŞ prezidenti Barak Obamanın yanvarın 22-də verdiyi müsahibədə Şimali Koreya rejiminin çökəcəyini söyləməsindən sonra Kim Çen In ona təhqirlə cavab vermişdi. Koreya lideri ABŞ-ı nüvə silahı ilə təhdid etmişdi. 

Buna qədər isə ABŞ-la danışıqlara başlamağa "yaşıl işıq" yandıran Şimali Koreyanın görüşün öz ölkəsində keçirmək israrı danışıqların ləğv edilməsinə səbəb olmuşdu.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024