Dünya (11-11-2015, 21:29)
Almaniya kəşfiyyatı Türkiyə ilə bağlı diplomatları dinləyib
Almaniyanın xarici kəşfiyyat idarəsinin dinlədiyi şəxslər arasında Fransanın xarici işlər naziri və ABŞ-ın ünlü silah şirkəti “Lockheed”in rəhbərliyi də var
Almaniyanın xarici kəşfiyyat idarəsi BND-nin Türkiyədə tanınmış alman diplomatlarını dinlənməsi ilə bağlı iddialar var.
Deutsche Well radiosu xəbər verir ki, BND Avropa Birliyinin Türkiyə heyətinin rəhbəri vəzifəsini həyata keçirən böyükelçi Hanshörq Haberi və Fransanın xarici işlər naziri Loren Fabiusu dinləyib.
Deutsche Well bildirir ki, Almaniya vətəndaşları Almaniya Konstitusiyasının mühafizəsi altındadırlar və BND-nin Almaniya vətəndaşlarını dinləmək səlahiyyətləri yoxdur. Xəbərdə Hanshörq Haberin həyat yoldaşı Emili Haberin Almaniya Daxili İşlər Nazirliyində çalışdığına da diqqət çəkilib.
H.Haber 2008-2011-ci illərdə Avropa Birliyinin Gürcüstandakı Müşahidə Heyətinə rəhbərlik edib. Daha sonra Brüsseldə Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin Planlaşdırma bölməsinə rəhbərlik edib. H.Haberin konkret nə zaman dinlənildiyi haqqında isə radio dəqiq bilgi vermir.
Fransanın xarici işlər naziri Loren Fabiusla yanaşı, BND tərəfindən Beynəlxalq Cəza Məhkəməsinin, Dünya Səhiyyə Təşkilatının, UNICEF, FBI, eləcə də Avropa və ABŞ-ın bir sıra ünlü şirkətlərinin dinlənilməsi ilə bağlı da iddialar var.
Bu sırada ABŞ-ın ünlü silah istrehsalıçısı Lockheed şirkətinin rəhbərliyinə daxil olan şəxslərin adları da hallanır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024