Dünya (25-09-2015, 22:50)
“HDP 80 vəkil çıxardı da, nə oldu?” – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən media təmsilçiləri önündə əhəmiyyətli açıqlamalr verib.
Mediatv.az Musavat.com-a istinadla xəbər verir ki, Ərdoğan Qərbdən edilən “əndazəli güc işlətmək” çağırışlarına cavab verərək deyib: “Terroristlərin anladıqları dil nəysə, o şəkildə qarşılıq verəcəyik”.
“500 yerli vəkil” sözlərinə gələn tənqidlərə isə prezident belə cavab verib: “Bu tam bir ağıl tutulmasıdır. Mənim sözlərimdə əsla ayrı-seçkilik söz mövzusu deyil”.
Ərdoğan 1 noyabr seçkilərində HDP-nin seçki baryeri altında qalması təqdirində bunun bir risk törətməyəcəyini söyləyib. Prezident deyib: “80 vəkil çıxardılar da nə oldu, hər tərəfi yandırıb-yıxmadılarmı? Baryerin altında qalan partiya nəticəni qəbul etməyə məcburdur”.