Dünya / Slayd (18-09-2015, 15:37)
PUTİN RUSİYASI 3 İLƏ TAM MÜFLİS OLACAQ! – Gələn ilin büdcəsi 10 milyard dollar azalılır!
“2018-ci ilin sonuna kimi Ehtiyat Fondunun və Milli Rifah Fondunun istifadə olunmayan vəsaitlərinin yalnız 2 trilyon rublu qalalacaq”
Çökən iqtisadiyyatın və rekord aşağı səviyyədəki neft qiymətləri fonunda, bərbad vəziyyətdən birtəhər çıxmağa çalışan Rusiya Federasiyası Maliyyə Nazirliyi gələn il üçün dövlət xərclərinin 650 milyard rubl (təxminən 10 milyard dollar) kəsilməsini təklif etməklə yanaşı, yaxın üç il ərzində ölkənin iki sabitləşdirici fondunda toplanmış pulların 80%-ni xərcləməyi də planlaşdırır. (Reuters)
Mediatv.az xəbər verir ki, iki gün öncə maliyyə naziri Anton Siluanov Rusiya Dövlət dumasına gedərək, deputatlardan büdcəyə baxılması məsələsini təxirə salmağı və xammal bazarlarındakı qeyri-müəyyənlik səbəbindən büdcənin bir il üzrə deyil, üç il üçün müəyyənləşdirilməsini xahiş edib. Hal-hazırda vəziyyət xeyli mürəkkəbdir və Maliyyə Nazirliyi indiki öhdəlikləri 2015-ci ilin xərclərinin üzərinə qoymağa çalışır. Maliyyə naziri deputatları inandırmaq istəyib ki, əgər bu plan alınmzsa, onda yekunda Mərkəzi Bankdan pul götürülməsi məcburiyyətində qalınacaq ki, bu da inflyasiya təhlükəsi ilə nəticələnə bilər.
Anton Siluanov jurnalistlərə deyib: “Biz hökumətə təklif edirik ki, 2016-cı ilin xərclərini təxminən bu ildəki kimi saxlayaq. Bu isə 2016-cı il üçün planlaşdırılmış xərclərlə müqayisədə mənfi 650 milyard rubl edir. Əgər prezident və hökumət Maliyyə Nazirliyinin irəliyə sürdüyü təkliflə razılaşarsa, onda büdcə kəsiri Ümumi Daxili Məhsulun 2,8-2,9%-ni təşkil edəcək”.
2016-cı il üçün büdcə xərcləri 16,27 trilyon rubl (təxminən 250 milyard dollar) həcmində nəzərdə tutulur. Bu yay Maliyyə Nazirliyi təklif edib ki, həmin xərclər 400 milyard rubl azaldılaraq, 15,87 trilyon rubl səviyyəsinə qədər endirilsin. Bu məsələ ilə əlaqədar Anton Siluanov bildirib: ”Hazırda müxtəlif mövqelər mövcuddur. Kimlərsə əvvəlcədən planlaşdırılmış xərclərin saxlanılmasını təklif edir. Lakin belə olan halda Ümumi Daxili Məhsulun 3%-ni aşan büdcə kəsiri əmələ gələcək və müvafiq surətdə də Ehtiyat Fondundan da əlavə itkilər olacaq”.
Maliyyə Nazirliyi artıq bu il, büdcə kəsirini maliyyələşdirməkdən ötrü “qara günlər” üçün yığılmış Ehtiyat Fondundan 2,5 trilyon rubl xərcləyib. Belə görünür ki, Rusiya 2018-ci ilin prezident seçkilərinin sonunadək, Ehtiyat Fondu və Milli Rifah Fondu (MRF) yığımının 80 faizi ilə vidalaşmalı olacaq. A.Siluanov deyib: “Biz hesab edirik ki, 2018-ci ilin sonuna kimi Ehtiyat Fondunun və Milli Rifah Fondunun istifadə olunmayan vəsaitlərinin yalnız 2 trilyon rublu qalalacaq. Qarşımızda belə bir məqsəd qoymuşuq”.
1 senyabr tarixinə olan məlumata görə, Ehtiyat Fondunda və Milli Rifah Fonunda cəm halında 9,6 trilyon rubl var.
İKİQAT ZƏRBƏ
Büdcə kəsirini bağlamaq üçün Rusiyanın mənbə seçimi, Qərb ölkələri tərəfindən borc götürməyə qadağa qoyulduğu səbəbindən, xeyli dərəcədə məhduddur. Ona görə də, bu məqsədlə daxili bazara müraciət etməkdən və illər ərzində toplanmış ehtiyatı xərcləməkdən başqa yol qalmır.
Ümumi vəziyyət isə sosial xərclərin maliyyələşdirilməsi parametləri üzrə hökumət daxilində konsensusun olmaması üzündən daha da mürəkkəbləşir. Təklif olunur ki, sosial yönümlü blokun xərcləri faktiki inflyasiyaya görə indeksləşdirilsin və yerdə qalan “deşiklər” isə növbəti pensiya yığımı hesabına örtülsün. Maliyyə Nazirliyi xərclərin azaldılmasını istəyir. Siluanov gözləyir ki, mübahisəyə gələn həftə son qoyulacaq.
”Reuters” ağentliyinin nüfuzlu mənbələrdən əldə etdiyi məlumata əsasən, gələn həftə Rusiya prezidenti yanında müşavirə keçirilməsi nəzərdə tutulur. Həmin müşavirədə büdcə parametlərinə baxış keçirilməsi və sosial xərclərin necə həll edilməsi müzakirə olunacaq.
Məsələ ilə əlaqədar olaraq, Anton Siluanov jurnalistlərə deyib: ”Bizim bəzi həmkərlar təkilf edirlər ki, vətəndaşların pensiyasının yığım hissəsinə toxunaq. Bu isə ikiqat zərbə ola bilər. Əvvəla əgər biz pensiya yığımını xərcləsək, onda xərc öhdəlikləri böyüyəcək və buna müvafiq surətdə də büdcə kəsiri də artacaq. İkincisi isə biz bu pulla bərabər, hələ Ehtiyat Fondunu da xərcləyəcəyik. Ona görə də, bu cür yanaşmanın tamamilə əleyhinəyik”.
Hökümət pensiya yığımını 2014-2015-ci illərin pensiyalarının ödənilməsinə xərcləyib və söz verib ki, gələn ildən pensiya yığımı sistemini bərpa edəcək.