Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (2-09-2015, 13:44)
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi

ABŞ Ticarət Nazirliyi Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya şirkətlərinə daha əvvəl tətbiq olunmuş sanksiyaların bir sıra digər şirkətlərə də şamil olunması barədə qərar qəbul edib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, sanksiyalar "Rosneft" və iş adamı Gennadi Timçenko ilə bağlılığı olan şirkətlərə şamil olunub. Nazirlikdən bildiriblər ki, şirkətlərin "qara siyahı"ya salınması Rusiyanın Ukrayna siyasəti ilə əlaqədar bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların effektivliyini yüksəltmək məqsədi daşıyır.

Sanksiya siyahısına "Rosneft"in strukturları - "Vankorneft", "Neft-Aktiv", "Samotlornefteqaz", "Orenburqneft", "Verxneçonsknefteqaz", "RN-Yuqansknefteqaz" və bir sıra neft emalı zavodları - Açinsk, Anqarsk, Kuybışev, Novokuyşevsk, Sızransk və Komsomolsk müəssisələri, eyni zamanda "Rosneft Trading", "Rosneft Trade Ltd" və "RN Holding" daxil edilib.

"İPP Oil Products", "Airfix Aviation Oy", "Set Petrochemicals Oy", "Southeast Trading Oy" və "SouthPort Managment Services Ltd" isə Gennadi Timçenko ilə əlaqələri səbəbiylə sanksiyaya məruz qalıb.

Bundan başqa, "İjmaş" Konserni və "Kupol" İjevsk mexanika zavodu da sanksiya siyahısına düşüb.

Beləliklə, "Rosneft"ə daha əvvəl tətbiq olunmuş sanksiyalar onun törəmə şirkətlərinə də şamil olunacaq. Timçenko ilə əlaqəsi olan şirkətlərin ABŞ-dakı aktivləri isə dondurulacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024