Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-08-2015, 22:18)
"Formula-1" pilotu qəzadan sonra ölüb

ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında qəzaya düşən "IndyCar" seriyalı yürüşün pilotu Castin Uilson vəfat edib. Mediatv.az "report"a istinadən xəbər verir ki, 37 yaşlı böyük britaniyalı idmançı komadan ayılmayıb. 

"Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu həyata qaytarmaqdan ötrü bir sutkadan çox çalışıblar. Amma avqustun 25-nə keçən gecə pilot dünyasını dəyişib. 
Qəzanın səbəbkarı 20 yaşlı amerikalı pilot Seyc Karam olub. O, 179-cu dövrədə idarəetməni itirib və avtomobili hasara çırpılıb. Nəticədə maşının qırıntıları Uilsonun dəbilqəsinə dəyib. Bundan sonra böyük britaniyalı idmançı huşunu itirib. 
Qeyd edək ki, Castin Uilson 2003-cü ildə "Formula-1"də debüt edib. O, "Minardi" və "Yaquar" komandalarının heyətində 16 yürüşə çıxıb. Uilson 2001-ci ildə beynəlxalq "Formula-3000" çempionatının qalibi olub. İdmançı "Champ Car" çempionatlarında isə 2 dəfə - 2006 və 2007-ci illərdə ikinci olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024