Dünya (22-08-2015, 12:06)
Xorvatların ölkəmizə gəlişinə qadağa qoyuldu
Xorvatiya Futbol Federasiyası azarkeşlərə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyununa getməyi qadağan edib.
“Mediatv.az” xəbər verir ki, bu barədə ölkə futbol federasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AVRO-2016-nın seçmə mərhələ çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da Norveç, eləcə də oktyabrın 13-də baş tutacaq Malta ilə səfər oyunlarına heç bir azarkeş aparmayacaq. Buna səbəb isə bir müddət öncə xorvat azarkeşlərin İtaliya ilə oyunda səsləndirdikləri irqçi şüarlardır. Həmin hadisəyə görə, UEFA bu ölkənin milli komandasının hesabından 1 xal silmiş və evdə 2 oyun azarkeşsiz oynamaq cəzası vermişdi.
Bütün bunları nəzərə alan Xorvatiya Futbol Federasiyası azarkeşlərin ölkəmiz gəlişinə də qadağa qoyub və onların üçün stadionda yer ayrılamayacağını bildirib.