Dünya (21-08-2015, 16:25)
Ən gözəl süpürgəçi
Düşənbədən olan 19 yaşlı Munira Mirzəyeva "The Atlas of Beauty" saytına görə dünyanın ən gözəl qadınları sırasındadır.
Rumıniyalı fotoqraf Mixail Norok tərəfindən bu internet layihəyə əsasən, fotoqraf bütün dünyanı gəzərək ən gözəl hesab etdiyi qadınların fotosunu çəkir.
Tacikistana səfəri zamanı isə fotoqrafın obyektivinə Munira adlı qız tuş gəlir. Daha sonra fotoqraf onun şəklini internet saytında "Düşənbənın ən gözəl süpürgəçisi" başlığı ilə paylaşıb.
Daha sonra məlum olub ki, həmin xanım, əslində, floristdir və paytaxt küçələrinin yaşıllaşdırılması işi ilə məşğuldur. Yeddi nəfərlik ailənin əsas qazanc gətirənidir. Məktəbi bitirdikdən sonra həkim olmaq istəsə də, maddi səbəblərdən təhsilini davam etdirə bilməyib. Onun sözlərinə görə, buna görə məyus deyil, çünki əsas olan sakit həyat və heç kimdən asılı olmadan yaşamaqdır.