Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-08-2015, 15:58)
Misirdə edam cəzası ilə bağlı yeni qanun qəbul edildi

Misir prezidenti Əbdülfəttah Sisi “terrorla mübarizə” qanununu təsdiqləyib

 

Əsasən terror təşkilatı quranlara və liderlərinə edam cəzası nəzərdə tutan bu qanunda xüsusilə də radikal qruplar hədəf alınıb.
 
İnsan haqları qrupları yeni qanunun prezidentin əlehdarlarını yox etmək və ifadə azadlıqlarının məhdudlaşdırılması məqsədilə istifadə olunacağını bildirirlər.
 
Qanunda aşağıdakı cinayətləri törədənlərin cəzalandırılması nəzərdə tutulur:
- Terror təşkilatı quran və ya liderlik edənlərə edam cəzası;
- Terror təşkilatına üzv olanlara 10 il həbs cəzası; 
- Terrorçu qrupları maliyyələşdirənlərə ömürlük həbs cəzası; 
- Xalqı şiddətə yönləndirmək və ya terror məqsədli mesajlar yaymaq üçün web sayt açmağa görə 5 ildən 7 ilə qədər həbs cəzası; 
- Hücumlarda rəsmilərin açıqlamaları ilə üst-üstə düşməyən xəbərlər yazan jurnalistlərə 25 mindən 64 min dollara qədər pul cəzası (Həbs cəzası reaksiyalara səbəb olduğu üçün pul cəzasına çevrilib). 
Xatırladaq ki, prezident Əbdülfəttah Sisi Sina yarımadasında radikal İslami təşkilatların hücumlarının artmasının və iyul ayında bir prokurorun bombalı hücumda öldürülməsinin ardından sərt qanunlar qəbul olunacağını bildirmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024