Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-07-2015, 13:32)
İŞİD cəlladına ayaqqabısını yedirtdilər

İŞİD cəlladına ayaqqabısını yedirtdilər

 

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqda həbs olunmuş mənsublarından olan Adnan Əbdül Ridanın məhkəməsi başa çatır. Dünən o, jurnalistlərin suallarını cavablayıb. O, İraqın Tikrit şəhərindəki "Speicher Camp" hərbi bazasının İŞİD-in əlinə keçməsindən sonra 770 nəfərin amansızlıqla qətlə yetirilməsində iştirak etmiş şəxslərdən biridir. Milli.Az Al Arabia-ya istinadən bildirir ki, 770 kursantın güllələnməsində suçlu bilinən şəxslərdən 24-ü tutulub. İŞİD terrorçuları olan həmin adamlar məhkəmənin qərarı ilə edam cəzası alandan sonra asılıblar.
Adnan Əbdül Rida isə dünənki mətbuat konfransında cinayətini etiraf edib, daha sonra isə ayaqqabısını çıxararaq dişləyib.
Ərəb aləmində bu hərəkət ən ağır aşağılanma, təhqir sayılır.
Xatırladaq ki, Səddam Hüseyn devriləndən sonra iraqlılar onun heykəllərinə ayaqqabı atırdılar.
ABŞ-ın sabiq prezidenti Corc Buş da 2008-ci ildə Bağdaddakı "Əl Rəşid" otelində İraqın baş naziri Nuri əl Maliki ilə birgə mətbuat konfransı keçirəndə iraqlı jurnalistlərdən biri ayaqqabısını çıxararaq ona tolazlamışdı.
Adnan Abdulla Rida 60 iraqlı kursantı güllələyərək qətlə yetirməkdə suçlanıb.
İraqda ayətulla Əli Sistaninin çağırışından sonra "Speicher Camp"ı İŞİD-ə qarşı döyüşlərə hazırlıq keçən könüllülərin başlıca mərkəzi idi.
Tikrit alınandan sonra bu bazada 120 kursantın qətlə yetirildiyi düşünülürdü. Lakin İŞİD-in yaydığı 3 videodan sonra bəlli oldu ki, terrorçuoar 770 kursantı güllələyiblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024