Dünya (15-07-2015, 01:05)
Rusiyanın Xabarovsk diyarında Tu-95 bombardmançısı qəzaya uğrayıb
Rusiyanın Xabarovsk diyarında Tu-95 strateji bombardmançısı qəzaya uğrayıb.
Mediatv.az TASS-a istinadla verdiyi xəbərə görə, təyyarə döyük kompeltsiz plana uyğun təlim məşq uçuşu həyata keçirib və Xabarovskdan 60 kilometr məsafədə qəzaya uğrayıb.
Həmin rayonda uçuş həyata keçirən ikinci təyyarə pilotu hesabatına əsasən, onlar Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-95 MS heyət üzvlərinin açılan baraşütlərinin günbəzlərini müşahidə ediblər.
Hərbi idarədən məlumat verilib ki, heyət üzvləri paraşütlə atılıblar. “İlkin məlumata əsasən, heyət komandirinin qəza vəziyyəti yaranması barədə məruzəsindən sonra uçuş rəhbəri heyət üzvlərinə paraşütlə təyyarəni tərk etmək əmri verib. Ukrainka aviabazası axtarış-xilasetmə qrupları təyyarə heyəti üzvlərinin axtarışını aparır”,- deyə Müdafiə Nazirliyindən söyləyiblər.
Mənbənin məlumatına əsasən, qəzaya uğrayan bombardmançı heyəti axtarışına An-12 təyyarəsi və iki Mi-8 vertolyotu qaldırılıb. Ehtimalən, Tu-95MS meşə massivinə düşüb.
Hərbi idarədən Tu-95MS-nin qəzaya uğramasına texniki nasazlığın səbəb ola biləcəyi barədə məlumat verilib. Güc strukturlarındakı mənbənin məlumatına əsasən, bombardmançının bütün dörd mühərriki sıradan çıxıb.
Tu-95MS uçuşları qəza səbəbləri təyin edilənə qədər dayandırılıb. Müdafiə Nazirliyi araşdırma üçün komissiya yaradıb.
Mediatv.az