Dünya (13-07-2015, 15:45)
İranla danışıqlar davam etdirilir
Vyanada İran və 6 dünya ölkəsi arasında danışıqlar davam etdirilir.
Tərəflər iyulun 13-də yekun razılaşma əldə etməyə çalışırlar.
Amma İran xarici işlər nazirinin müavini Abbas Araqchi bildirib ki, bu gün və ya sabah axşamadək bütün məsələlərin razılaşdırılacağına təminat verə bilmir:
“Bir sıra məsələlər hələ də həll olunmamış qalır və onlar həll olunmayınca biz razılaşma əldə olunduğunu deyə bilmərik”.
Amma o razılaşma əldə olunacağına ümidlə yanaşdığını qeyd edib.
Çinin xarici işlər naziri Wang Yi isə iyulun 13-də jurnalistlərə bildirib ki, razılaşma yenidən təxirə salınmamalıdır.
İran prezidenti Hassan Rohani isə trəflərin razılaşmaya çox yaxın olduqlarını bəyan edib.
Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.
Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir. /”Azadlıq” radiosu