Dünya (12-07-2015, 19:45)
Britaniya sürətlə “ərəbləşir”
Dumanlı Albionun dil və mədəniyyətini yayan və təbliğ edən Britaniya Şurasının apardığı tədqiqat nəticəsində ərəb dilinin ölkədə ispan dilindən sonra ikinci mühüm xarici dil olduğu bəlli olub
Bu araşdırmada Britaniyanın ixrac əlaqələri, hökumətin ticarət prioritetləri, diplomatik və təhlükəsizlik aspektləri əsas götürülüb.
“The İndependent” qəzeti yzır ki, bütün dünya boyunca, xüsusilə də Yaxın Şərq və Şimali Afrikada 300 milyon adam ərəbcə danışır.
Britaniyanın orta məktəblərində indiyədək ikinci xarici dil kimi fransız, alman və ispan dilləri keçilir.
Lakin hazırda Britaniya Şurasının layihəsi çərçivəsində ölkə boyunca bir neçə məktəbdə ərəb dili xarici dil kimi tədris planına daxil edilib. Söhbət Belfast, Şeffild, Mançester və London kimi şəhərlərin orta məktəblərindən gedir.
"Mediatv.az" saytı "Azadlıq" radiosuna istinadən bildirir ki, ərəb dili 2016-cı ildən Britaniya buraxılış imtahanları siyahısına da daxil ediləcək. Britaniya Şurası sentyabr ayında 5 minədək ibtitadi məktəbə ərəb dilinə və mədəniyyətinə aid tədris vasitələri göndərəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024