Dünya (8-07-2015, 16:21)
Poroşenko İlham Əliyevi təbrik etdi
Ukrayna prezidenti Pyotr Poroşenko axır ki, azərbaycanlı həmkarı İlham Əliyev qarşısında öz günahını “yudu”
Musavat.com minval.az-a istinadla xəbər verir ki, Ukrayna lideri Azərbaycan prezidentinə göndərdiyi rəsmi məktubda onu və bütün Azərbaycan xalqını I Avropa Oyunlarının uğurlu keçirilməsi münasibətilə təbrik edib.
Ukrayna dövlət başçısı oyunlarla bağlı bütün tədbirlərin təşkilatçılığının olduqca yüksək səviyyədə olduğunu qeyd edib. “Bu da Azərbaycan Respublikasının dünya miqyaslı idman tədbirlərini, o cümlədən Yay Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu göstərdi” – deyə, məktubda vurğulanır.
Poroşenko həmçinin, ukraynalı idmançıların və məşqçilərin bütün idman yarışı boyu Azərbaycan xalqının isti münasibəti ilə üzləşməsini, Azərbaycan azarkeşləri tərəfindən qızğın dəstəklənməsini minnətdarlıqla qeyd edib.
Məktubun sonunda Ukrayna prezidenti əminlik ifadə edib ki, ilk Avropa Oyunları idman hərəkatı tarixində parlaq bir səhifə olmaqla, qonaqpərvər və günəşli Azərbaycana baş çəkmiş qonaqların hamısının həyatının unudulmaz hissəsi kimi qalacaq. Sonda o, İlham Əliyevə Azərbaycan xalqının rifahı naminə cansağlığı və yeni uğurlar arzu edib.
Xatırladaq ki, Poroşenko I Avropa Oyunlarının nə açılış, nə də bağlanış mərasimlərinə qatılmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024