Dünya (8-07-2015, 12:15)
Havada hökmranlıq kimdədir?
Hərbi Hava Qüvvələri sahəsində ABŞ və Qərbin Rusiyadan üstün olması sirr deyil. Belə vəziyyət hələ ABŞ və Böyük Britaniyanın Rusiya ilə müttəfiq olduğu İkinci Dünya Müharibəsindən başlayır. Həmin müharibə zamanı böyük canlı qüvvəyə malik olan Rusiya nasist Almaniyasına qalib gəlməyi bacarmışdı. Müharibənin gedişində ABŞ və B.Britaniya starateji bombardmançı təyyarələr vasitəsilə Almaniyaya böyük tələfatlar vermişdi.
Soyuq müharibə dövründə də, Varşava paktı qüvvələri say etibarı ilə NATO-nu üstələyirdi. Lakin buna baxmayraq texniki və aviasiya sahəsindəki üstünlük NATO-nun tərəfində olub. Hətta indi də Rusiya Amerikanın beşinci nəsil “F-22 Raptor” və “F-35” qırıcılarına qarşı, ciddi şəkildə cavab verə biləcək texnikanın ortaya qoyulması ilə öyünə bilməz. Amma hər halda onu demək lazımdır ki, ötən uzun illər ərzində Moskva qorxu saçan güclü aviasiya yaratmağın öhdəsindən bacarıqla gəlib. Digər tərəfdən isə Rusiya öz təyyarələrini ABŞ və Avropadan uzaq durmaq istəyən ölkələrə satmaq imkanı əldə edib. Həm də ki, bir çox hallarda Rusiya təyyarələri Amerikan və Avropa təyyarələrinə qarşı, ucuz alternativ kimi daha cazibədar görünür. Alıcılar arasında elə ölkələr var ki, onların ən müasir və qabaqcıl texnologiyaya malik təyyarəyə heç ehtiyacı da yoxdur.
Görürük ki, ümumi yekunda bir çox ölkələrin silahlı qüvvələri sovet və rus texnikası əsasında qurulub inkişaf etməklə yanaşı, həm də öz ordularını ona uyğun modernləşdiriblər. Bu cür ənənə demək olar ki, uzun müddətdir ki, davam edir.
Belə bir vəziyyətdə Hərbi Hava Qüvvələri üzrə istənilən ciddi analitik Rusiya təyyarələrini lazımı qaydada qiymətləndirməyi və təqdim etməyi bacarmalaıdır.
Rusiyanın ən təhlükəli beş hərbi təyyarəsi aşağıdakılardır.
SU-27
Bu təyyarələr öz dövrü üçün, Amerikanın ”F-15” və “F-16” qırıcılarına Sovet İttifaqının cavabı kimi hazırlanıb. Onlar ilk uçuşlarını 1970-ci illərdə həyata keçiriblər və Sovet ordusunun sıralarına 1985-ci ildən qəbul edilib. ”SU-27” əsasən havada üstünlük əldə etmək üçün nəzərdə tutulub və onun fəaliyyət radiusu 750 kilometrə bərabərdir. Bu göstəriciyə görə “SU-27” NATO rəqiblərindən geridə qalsa da, ancaq sürət baxımından onları üstələyir (F-16-nın sürəti saatda 2200 kilometr, F/A-18-in sürəti 1900 kilometr olduğu halda, SU-27-nin sürəti saatda 2525 kilometrə çatır).
“SU-27”–lər öz gövdəsində “hava-hava” sinfindən olan müxtəlif növ silahlar daşıya biləcək özəliyyə sahibdir. Həmin təyyarələrin otra mənzilli məsafələrə çox funksiyalı raket zərbələri endirmək xüsusiyyəti də var.
“SU-27” və onun digər variantlarında bir çox ölkənin təyyarəçiləri uçurlar. Hindistan və Çin ”SU-27” təyyarələrini almaqla yanaşı, onları öz ölkələrində istehsal etmək lisenziyasını da əldə ediblər. “SU-27” təyyarəsini lisenziya əsasında Hindistanda ”Hindustan Aeronautics” şirkəti, Çində isə “J-11” adı altında “Shenyang aircraft corporation” istehsal edir.
İndoneziya və Vyetnam hərbçiləri də həmçinin bu təyyarələrdə uçurlar. Sovet İttifaqının dağılmasından sonra bir çox keçmiş müttəfiq respublikalarında, onların özlərinə məxsus olan “SU-27” təyyarələri qalıb. Qazaxıstan, Belarus və Özbəkistanda bu tip təyyarələr sovet dövründən qalır.
MİG-29
“MİG-29” təyyarələri “SU-27”-lərə nisbətən kiçik olmaqla bərabər, sürətdə, daha uzağa uçmaqda və keyfiyyətdə onunla rəqbət apara bilməz. Lakin “MİG -29” qırıcıları öz çatışmayan xüsusiyyətlərinin əvəzini ən mühüm məsələdə, yüksək manevr qabiliyyəti ilə əvəzləyir.
“MİG-29” həmçinin şoxfunksiyalı təyyarədir. Onu ”hava-hava” sinfindən olan və yaxın mənzilli döyüşlərdə istifadə edilə biləcək “R-60” və eyni zamanda da yerdəki hədəfləri vurmaq üçün lazımı silahlarla təchiz etmək mümkündür. ”MİG-29” çox dinamik bir təyyarədir və 1983-cü ildən indiyədək müxtəlif tapşırıqların yerinə yetirilməsi məqsədilə, onun çoxsaylı modifikasiyaları hazırlanıb. Bu təyyarənin alıcıları sırasına Kuba, İran və Şimali Koreya da daxildir..
SU-35
Texniki nöqteyi-nəzərdən “SU-35”-lər “SU-27” təyyarələrinin digər bir variantıdır. Amma onun üzərində aparılmış lazımı modernləşmə bu təyyarənin geniş məqsədli döyüş qabiliyyətini yüksəltmişdir. Dördüncü və beşinci nəsil qırıcılar arasında özünəməxsus şəkildə körpü rolunu oynayan “SU-35” ən müasir “PAK-FA T-50”-lərdə istifadə olunan mühərriklə təchiz edilib. Hazırkı zamanda “SU-35” təyyarələri yalnız Rusiya HHQ tərkibindədir. Amma buna baxmayaraq, ondan hələlik aktiv şəkildə istifadə edilmir. Digər ölkələr bu təyyarənin alınması barəsində düşünürlər. Əgər Rusiya bu təyyarələrin ixrac olunmasına başlasa, onda onların kifayət qədər alıcısı olacagı gözlənilir.
PAK FA.T-50
Radarlara yaxalanmayan çoxfunksiyalı beşinci nəsil qırıcısı olan və Suxoy konstruktor bürosunda hazırlanan “PAK-FA”, amerikanların ən müasir “F-22 Raptor” və “F-35 Lightining II” təyyarələrinə yeganə cavabadır. Maksimal sürəti saatda 2600 kilometr olan “PAK FA” soyuq müharibə dövründəki sələflərini çox geridə qoyur.
İstehsal və sınaq zamanı “PAK FA” bir sıra çətinlik və problemlərlə qarşılaşmasına baxmayaraq, hər halda Rusiya Hərbi Hava Qüvvələrində bu ilin sonuna kimi həmin təyyarələrdən yeni sınaq uçuşları həyata keçirmək üçün istifadə edə biləcəklərinə ümid bəsləyirlər. İrəlidə “PAK FA” təyyarələrinin yeganə istirmarçısı yəqin ki, Rusiya HHQ-si olacaq. Maliyyə vaziyyəti ilə əlaqədar olaraq, Rusiya “PAK FA” təyyarələrinin sifarişini azaldıb. Ancaq hər halda, onlar 2020-ci ilədək bu maşınlardan 55 ədədini silahlı qüvvələrin döyüş cərgəsinə qoşmaq niyyətindədirlər.
TU-160
Bu yaxınlarda Rusiya sovet dövründəki “TU-160” (NATO təsnifatandırmasında Blackjack) starateji bombardmançıların istehsalını bərpa edəcəyini elan edib.”TU-160” təyyarəsi strateji bombardmaçı kimi inanılmaz iti sürətə malikdir. Onun maksimal sürəti saatda 2200 kilometrdir. Sürət məsələsində öz amerikan analoqları olan “B1-Blancer”(saatda 1448 km) və “B-52” (saatda 1000 km) qabaqlayan “TU-160” təyyarəsi, nüvə başlıqlı bombalarla yanaşı, adi başlıqlı bombaları da daşıya bilir. Bu təyyarədən gücü 200 kiloton olan nüvə başlıqlı raketlərin buraxılışını da həyata keçirmək mümkündür. Onun uçüş məsafəsi 3000 kilometrdir.
2015-ci ilin vəziyyətinə görə Rusiya “TU-160” bombardmançılarından istifadə edən yeganə ölkədir. Yeni qəbul olunmuş plana əsasən, Rusiya radarlara yaxalanmayan yeni “PAK DA” bombardmançılarının istehsalına başlamaq niyyətindədir.
(The National İnterrest)