Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (26-06-2015, 13:37)
Türkiyə təyyarəsində partlayış həyəcanı

Türkiyə təyyarəsində partlayış həyəcanı

 

Türkiyə Hava Yolları"na məxsus "Boeing 777-300ER" tipli sərnişin təyyarəsi Danimarkada təcili enməyə məcbur olub.

Ötən gün İstanbul-Nyu-York səfərini həyata keçirərkən təyyarənin Kopenhagendə təcili enməsinə səbəb oturacaqların birinin altında partlayıcı qurğuya oxşar əşyanın yerləşdirilməsi olub.

Yerli polis bildirib ki, ekipaj üzvləri təyyarənin içində heç kimə aid olmayan şübhəli çantanın aşkar edilməsindən sonra hava gəmisini yerə endirmək qərarına gəlib.

Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, sahibsiz kiçik çanta sərnişinlərin əyləşdiyi yerdə tapılıb və ekipaj üzvləri Kopenhagen aeroportu ilə əlaqə saxlamağa qərar verib və təcili eniş etmək üçün icazə istəyib.

"Ulduz" adlı təyyarə Türkiyə vaxtı ilə saat 16.45-də məcburi olaraq Kopenhagenə enib. Sərnişinlər və ekipaj üzvləri təxliyyə edildikdən sonra mütəxəssislər partlayıcı qurğunun olub-olmamsı barədə təyyarədə yoxlama aparıblar.

Sərnişinlərin azad edilməsi və ətrafda təhlükəsizlik tədbirləri alınmasından sonra yoxlama zamanı məlum olub ki, oturacağın altında qoyulan əşya fotoaparatdır və qorxulu heç nə yoxdur. Beləliklə, təyyarə 4 saatlıq gecikmədən sonra saat 20:45-də Kopenhagen hava limanından yenidən Nyu-Yorka doğru hərəkət edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024