Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-06-2015, 15:24)
Ərdoğan hökuməti qurmağı kimə həvalə edəcəyini açıqlayıb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində yer alan dörd partiyanın liderləri ilə görüşəcəyini bildirib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, hökuməti formalaşdırmaq vəzifəsinin kimə həvalə olunacağını da açıqlayıb: “Hökuməti formalaşdırmaq vəzifəsini siyasi əxlaqımın yol verdiyi şəkildə ən çox səs qazanan siyasi partiyanın liderinə həvalə edəcəyəm. O, hökuməti qura bilməzsə, yenə də siyasi əxlaqımın yol verdiyi şəkildə bu hüququ ən çox səs toplayan ikinci partiyanın sədrinə verəcəyəm”.

Prezident əlavə edib ki, görüş üçün dörd partiya sədrini növbəti həftə ayrı-ayrılıqda da qəbul edə bilər.

Ərdoğan koalisiyanın qurulmayacağı halda isə Konstitusiyanın tələb etdiyi şəkildə təkrar seçki keçirilməsinin labüd olduğunu qeyd edib: “Mən buna erkən yox, təkrar seçki deyirəm. Çünki ölkənin hökumətsiz qalması düşünülə bilməz”.

Ölkə başçısı həmçinin investisiyaların və beynəlxalq əlaqələrin qırılmaması üçün hökumətin tezliklə qurulmasının vacibliyini də diqqətə çatdırıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024