Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-05-2015, 17:51)
Mursiyə verilən cəza BMT baş katibini də hiddətləndirdi

 

BMT baş katibi Pan Gi Mun Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin edam cəzasına məhkum edilməsindən hiddətlənib. Məhkəmənin hökmündən narahat olduğunu deyən baş katib prosesin gedişini diqqətlə izləyəcəyini bildirib.

Pan Gi Munun rəsmi nümayəndəsi Fərhan Hakın sözlərinə görə, BMT Mursiyə qarşı ən ağır cəzanın verilməsinə qarşıdır: «Baş katib bilir ki, bu son qərar deyil. Və məsələyə hələ baxılacaq. Ümumilikdə isə BMT-nin mövqeyi belədir ki, Mursi ən ağır cəza olan ölüm hökmünə məhkum edilməməlidir».

Xatırladaq ki, M.Mursinin aqibəti ilə bağlı son qərarı iyunun 2-də Misirdəki Ali Müftilik verəcək. Müftilik hökmü ya qüvvədə saxlayacaq, ya da ləğv edəcək.

Onu da qeyd edək ki, artıq ABŞ, İtaliya, həmçinin Avropa Birliyi Mursiyə verilən cəzaya etiraz edib. Ən sərt təpki isə Türkiyədən gəlib. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökmün dəyişdirilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024