Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-05-2015, 15:13)
Sabiq baş nazir 1 milyon dollara zaminə buraxıldı

 

Tailandın həbsdə olan keçmiş baş naziri Yinqlak Çinavat 1 milyon dollar müqabilində zaminə buraxılıb

 

Çinavat ölkədən çıxmamaq barədə iltizama da imza atıb.
Azadliq.info xatırladır ki, ötən il Tailandda olan hərbi çevriliş zamanı hakimiyyət devrilmiş, Çinavat da baş nazir postundan uzaqlaşdırılaraq həbsə atılmışdı. İddia olunur ki, keçmiş baş nazir vəzifədə olduğu dönəmdə düyü ticarətində olan kütləvi korrupsiya hallarının qarşısını almaq üçün heç bir səy göstərməyib. Bunun nəticəsində də Tailandın dövlət büdcəsinə 15 milyard dollar ziyan dəyib.
Çinavat isə məhkəmədə ona qarşı irəli sürülən ittihamı rədd edib. O, təqsirsiz olduğunu sübuta yetirən dəlilləri iyulun 3-dək məhkəməyə təqdim etməlidir. Bundan sonra iş üzrə şahidlər dindiriləcək. Artıq keçmiş baş nazirin əleyhinə ifadə verəcəyini bəyan edən 10 şahid var.
Müdafiə tərəfinin şahidlərinin sayı isə hələlik bəlli deyil. Tailandın ilk qadın baş naziri olan Çinavat məhkəmədə müdafiə olunmağa hazır olduğunu bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024