Dünya (29-04-2015, 13:10)
Dünyanı qorxuya salan hakerlər həbs edildi
Fırıldaqçılıq nəticəsində cinayətkarlar 2,5 milyon avro oğurlaya biliblər
İtaliya maliyyə polisi (Guardia di Finanza) Avropolun iştirakı ilə transmilli cinayətkar qrupun internetdə fırıldaqçılıq əməliyyatları nəticəsində əldə olunan vəsaitlərin oğurlanmasına cəlb olunan on üzvünü həbs edib
Əsasən Nigeriya vətəndaşları olan qrup üzvləri onlayn fırıldaqçılıqla məşğul olmaqla şirkətləri və tanışlıq saytlarının istifadəçilərini aldadaraq onların pullarını oğurlayıblar. Fırıldaqçılıq nəticəsində cinayətkarlar 2,5 milyon avro oğurlaya biliblər.
Avropolun rəsmi bəyanatına görə, cinayətkarların əməlindən onlarla Avropa şirkəti və yüzlərlə fərdi şəxs ziyan çəkib. Cinayətkarlar korporativ kommunikasiya sistemlərinə müdaxilə edərək müəssisə tədarükçülərinin və müştərilərinin ödəniş hesablarının nömrələrini dəyişiblər. Nəticədə pul vəsaitləri bilmədən fırıldaqçıların bank hesablarına göndərilib. Onlar isə öz növbəsində əldə olunan vəsaitləri xaricə göndərərək nağdlaşdırıblar.
Bundan başqa, cinayətkarlar tanışlıq saytlarında saxta profillər yaradaraq qurbanın inamını qazandıqdan sonra onu müəyyən məqsədlər, məsələn, aviabilet almaq üçün pul göndərməyə inandıra biliblər.
Təhqiqat zamanı polis əməkdaşları bir neçə min maliyyə tranzaksiyasını təhlil ediblər. Bunun sayəsində qanun keşikçiləri pul axınınını və onun təyinat yerini müəyyənləşdirməyə nail olublar. Avropol əməkdaşlarının məlumatına görə, kriminal qrup üzvləri pulköçürməsi daxil olandan sonra bank hesablarından vəsaitləri bir neçə saat ərzində çıxaran əlbir şəxslərlə birgə işləyiblər, - "SecurityLab” yazır
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024