Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-04-2015, 17:33)
“Müasir Robinzon“ danışdı

Luis Cordan necə sağ qaldığı barədə danışıb

 

Amerika Birləşmiş Ştatlarında 66 gün açıq dənizdə qaldıqdan sonra sağ qurtarılan Luis Cordanın hekayəti gündəmi zəbt edib.
"Müasir Robinzon" adlandırılan 37 yaşlı bu şəxs başına gələnləri "ABC" telekanalına müsahibəsində danışıb. Dənizçi bu müddət ərzində necə sağ qaldığını təsvir edib.
"Mən su ehtiyatımı elə bölmüşdüm ki, uzun müddət dözmək üçün gündə bir stəkan su içirdim. Elə susuz idim ki. Suyum da qurtarmaq üzrə idi. Hər gün Tanrıya dua edirdim ki, mənə su göndərsin. Yalvarırdım ki, yağış göndərsin. Və məhz su ehtiyatım tamamilə qurtaran kimi, nəhayət, hava şəraiti əlverişli oldu və yağış yağdı" - deyə xilas edilən dənizçi belə deyib.
Luis Cordan bir neçə gün əvvəl ABŞ-ın Karolina ştatı sahillərində bir alman tankeri tərəfindən tapılıb. 66 gün ərzində tərsinə çevrilmiş gəmisinin üstündə çiy balıq yeyib, yağış suyu içən dənizçinin səhhətində heç bir problem yaranmayıb və o, müalicədən imtina edib.(ans press)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024