Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-04-2015, 17:13)
Səfir: “17 milyondan çox seçici İslam Kərimova səs verib”

“Özbəkistanda keçirilən prezident seçkilərində 18 milyon 942 min (91.08 faiz) seçici iştirak edib. Seçkinin nəticələrinə əsasən 17 milyon 122 min 577 nəfər İslam Kərimova səs verib”

 

 
APA-nın məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Bakıda keçirdiyi brifinqdə deyib.
 
O, seçkilərin şəffaf və qanunvericiliyə uyğun şəkildə keçirildiyini vurğulayıb: “Özbəkistanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün lazımi hüquq əsaslar mövcuddur”.
 
Diplomat qeyd edib ki, hazırda Özbəkistan Mərkəzi Seçki Komissiyası protokollara, habelə seçki komissiyalarının təqdim etdiyi rəylərə və digər sənədlərə baxış keçirir.
 
Səfir bildirib ki, Özbəkistanda keçirilən prezident seçkilərini Azərbaycan Mərkəzi Seçki Komissiyasının iki nümayəndəsi, deputatlar Aydın Abbasov və Etibar Hüseynov, habelə mətbuat nümayəndələri izləyiblər.
 
Xatırladaq ki, martın 29-da keçirilən prezident seçkilərində 4 namizəd - hazırkı prezident İslam Kərimov, Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, “Milli tıklaniş” Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat “Adolat” Partiyasından Narimon Umarov mübarizə aparıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024