Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-03-2015, 22:01)
Ukrayna üçün Azərbaycan dərsi (VİDEO)

Azərbaycan Ukraynaya əla məsləhətçi ola bilər. Xüsusilə indi. Ukraynanı vətəndaş müharibəsinin sarsıtdığı, dövlətin faktiki olaraq parçalanmağa başladığı bir zamanda bu məsləhətlərin qiyməti olmazdı. Bu məsləhətlərin üstəlik video illustrasiyası da var. Yəni verilən hər bir məsləhət faktlarla öz əksini tapacaq. Məsələn, tutaq ki, qarşımızda iki dövlət var: Azərbaycan və Ukrayna.


… Baxıram Ukraynada baş verənlərə hər gün ölən insanlar, uşaqlar, qadınlar, qocalar, uçulan binalar, dağıdılan yaşayış məntəqələri. Bir sözlə yıxılan evlər. Avropanın ən iri dövləti, Azərbaycanın strateji müttəfiqinin bütün vücudu gözümüzün qabağındaca məhv olur, sökülür, çökür… baxıram və doğrudan da bir tərəfdən ürəyim ağrıyır… Amma bir başqa tərəfdən Allaha acıq getməsin, baxıram və nə qədər qəribə səslənsə də, bir rahatlıq tapıram. Bütün bunları artıq yaşamışıq, və ümid edirəm ki, bizdə belə ağır xəstəliklərə qarşı immunitet artıq yaranıb. Bu ağır dərslərin hamısını da keçmişik. Ukraynaya baxıram. Xatırlayıram. Bizdə də belə olmuşdu. Ümumiyyətlə həmişə belə olur. Torpaqlar işğal olunur. Zəbt olunmuş ərazilər bir mövzu olaraq hamını birləşdirməklə əsas hədəfə çevrilir. Bunun ardınca bir xalq hərəkatı başlanır. Sonra imkanlı, az-çox nüfuzlu, güclü qruplaşmalar yaranır, sonra elə onlar ələ düşən ilk fürsətdəcə ordu hissələrinə, hüquq-mühafizə orqanlarına basqınlar edir, silah-sursat ələ keçirirlər. Bilirsiniz niyə belə asan və soyuqqanlı danışıram, ona görə ki, bütün bunlar bir dəfə başımıza gəlib. Belə məqamlarda ən pisi cini şüşədən buraxmaqdır… Sonra onu geri qaytarmaq çox çətin olur. Paralellər təhlükəlidir. Amma müqayisədən qaçmaq da olmur. Eynən bizdəki kimidir. Ukraynada artıq atəşkəs elan olunub. 

O vaxt atəşkəsin elan olunması Azərbaycandan ötrü sanki bir gediş idi ki, burada daxildə çəkişmələr başlasın, yerli ilanlar bir-birinin başını yesin. Hər şey hesablanmışdı. Atəşkəs elan olunur. Bu imkan verir ki, daxildə kimlərsə bir-birini əzsinlər. Sonra isə zəif düşmüş dövləti maraqlı dövlətlər udurlar. Pis düşünülməyib, elə deyil? Belə olan halda kənar düşmənə ehtiyac qalmır. Onsuz Azərbaycanda silahlı Surət Hüseynov var, bir az sonra OMON olacaq, onlara dəstək verən siyasi kərtənkələlər var. Bundan asan nə var ki… hər şey öz axarı ilə getsə, asanlıqla Heydər Əliyevi devirəcəklər. Doğrudan da. Axı düşmən gəlib düz Gəncəyə çıxa bilərdi. Amma nədənsə müəmmalı şəkildə dayandı.

Deməli gözləmək lazım idi. Deməli gözləməyə başlamışdılar. Hə… bayaq dediyimiz kimi hər şeyi hesablamışdılar. Bircə Heydər Əliyev faktorundan başqa. Bütün planlar alt-üst oldu. İlkin rəy belə idi… İstefa vermiş Əliyev bioloji-fiziki sonunu gözləmək üçün Azərbaycana gəlib. Onu ciddi siyasi fiqur saymırdılar. Amma bütünlüklə yanıldılar. Heydər Əliyev gəldi. Hər şeyi öz yerinə, öz yoluna, daha doğrusu Əliyev yoluna qoydu. 

Ukraynada da atəşkəsdir. İndi növbə daxili razborkaların, güclü tərəfin əldə edəcəyi qələbənin, daha doğrusu qənimətindir. Burada da cini geri salmaq prosesinə başlanıb. Hakimiyyət güclü rəqiblər ilə hesablaşmadadır. Bu həftə parlament zalındaca həbslər aparıldı. Bu hələ başlanğıcdır. Buranın öz Əlikram Hümbətovu, öz Surət Hüseynovu, öz Rövşən Cavadovu var. Hətta Rəsul Quliyevi də var və bu Rinat Axmadovdur. Doğrudur, o silahlı dəstə yaratmır, ancaq maliyyələşdirir. Amma məsələ burasındadır ki, Ukraynada yaranmış son vəziyyət nikbinliyə o qədər əsas vermir. Çünki burada Prezident Poroşenko özü də maraqlı tərəflərdən, daha doğrusu onlarla səhra komandirindən, yəni oliqarxlardandır. Heydər Əliyev isə Bakıya heç bir tərəfi təmsil etməyərək gəlmişdi. Hətta o qədər tək və tərəfsiz idi ki, Milli Məclisin binasına adi bir vətəndaş kimi yoxlayıb buraxırdılar. Nə silahlı dəstəsi var idi, nə də külli miqdarda kapitalı. Poroşenok haqqında isə bunu demək olmaz. Burda gedən prosesləri qızğın izləyən bir azarkeş kimi deyə bilərəm ki, Poroşenko üçün indi çox çətindir. O ya Ukraynanın tarixinə bir dahi şəxsiyyət, öz ölkəsinin və xalqının xilaskarı, min illər sonra da xatırlanması dövlət adamı kimi düşəcək, ya da yaxın zamanlarda Kiyevdə yeni Maydan qızışacaq. Bütün bunları danışır və eyni zamanda düşünürəm: axı necə oldu ki, biz Avropanın tərkib hissəsi olan Ukraynanı 20-25 il qabaqladıq. Axı həmişə bizim beynimizə yeridirdilər ki, geridə qalmış respublikayıq. Necə oldu ki, içində dörd Fransa daşıya biləcək bir əjdahanı ötüb keçə bildik. Burda nə vacib rol oynadı. Nə ən sonuncu rolu oynadı. Yəqin ki, birincisi neft idi. Məhz neft dünya dövlətlərinin diqqətini Bakıya çəkdi. Neft bu ölkənin həm bəlasına çevrildi, ona görə başı ağrıdı, amma bu həm də Azərbaycanı qorumağın nə üçün vacib olduğunu bütün maraqlı tərəflərə etiraf etdirdi. Azərbaycanı irəli atan başlıca səbəb təbii ki, ölkənin həm də Heydər Əliyevə malik olması oldu. Baxın: Hadisələr eyni, ssenari eyni, oyunçulardan biri də eyni. Dəst-xətt də həminkidir. Krım da eynən Qarabağ kimidir. Ukraynanın Dağlıq Qarabağı. Azərbaycanın Qarabağ ətrafı 7 rayonu da eynən Donetsk, Luqansk və başqa hədəfləridir ki, onu da Novorossiya adlandıraq. Sonra bu ərazilər alver predmeti kimi istifadə olunacaq. Poroşenko Krımı Rusiyaya verməyə razı ola bilməz. Bu onun sonu olardı. Necə ki, Azərbaycanda bütün prezidentlər Qarabağ dayağından yıxılaraq hakimiyyətdən gediblər. Ayaz Mütəllibovu Xocalıya görə devirdilər. Yaqub Məmmədov Şuşaya görə seçilmədi. Elçibəy Kəlbəcərdən yıxıldı… Hər şey düppədüz oxşayır. İndi Krım Ukrayna üçün əsil Qarabağdı. Gəlib gedən Prezidentlər bu səbəbdən qalacaqlar da, gedəcəklər də. Qoy mənim təəssüratlarım və müşahidələrim Ukraynalılar üçün bir xatırlatma olsun. Yəni Ukrayna bütün bunlara baxıb tam təsəvvür edə bilər ki, onu gələcəkdə nə gözləyir. Biri var idi, biri yox idi, daha doğrusu çox şey yox idi. Bir neftimiz var idi, bir də Əliyevimiz vardı. Ona qədər demək olar ki, hər il Azərbaycanda prezident dəyişilirdi. AXC-nin silahlıları, Surət Hüseynovun korpusu, Etibar Məmmədovun fədailəri, Əlikram Hümbətovun polku. Rasim Əkbərovun döyüşçüləri… OMON-çular… Bütün bunları yaşadıq.. Bütün bunları həm də öldük! Baxıram Ukraynada baş verənlərə. Hər gün ölən insanlar, uşaqlar, qadınlar, qocalar, uçulan binalar, dağıdılan yaşayış məntəqələri bir sözlə yıxılan evlər. Avropanın ən iri dövləti, Azərbaycanın strateji müttəfiqinin bütün vücudu gözümüzün qabağında məhv olur, sökülür… baxıram və doğrudan da bir tərəfdən ürəyim ağrıyır… Amma başqa tərəfdən Allaha acıq getməsin, baxıram və nə qədər qəribə səslənsə də rahatlıq tapıram. Bütün bunları artıq yaşamışıq və ümid edirəm ki, bizdə belə ağır xəstəliklərə qarşı immunitet yaranıb… Belə-belə işlər. Hər kəs özü yaşayır. Amma onların başqalarının ömründən ibrət götürmək şansları da var… Kaş ki, ukraynalılar bu “Hesabat”a baxa biləydilər… və kaş ki, Ukraynanın da Heydər Əliyevi olaydı…

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024